“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi
- Artıq “Neftçi”nin çempionluğu rəsmiləşib. Altı illik fasildən sonra bu nailiyyəti qazanmağınızın sirri nədədi?
- Klub prezidenti Sadıq Sadıqovun “Neftçi”yə gəlişindən sonra mövsüm öncəsi klub rəhbərliyi məşqçilər korpusu ilə toplantı keçirərərək çempionata hazırlıq məqsədi üçün üç mərhələdən ibarət plan hazırlanıb qəbul olundu. Bunu da nəticəsi olaraq mövsümün əvvəlində 2-3 oyunçu istisna olmaqla bütün heyət üzvləri ilə vidalaşdıq. Bundan sonra həm yerli, həm də legioner oyunçuların düzgün seleksiya işi aparıldı ki, nəticədə komandaya yeni bir nəfəs gəldi.
Bundan əlavə, sadəcə sağlam mühit yaradıldı ki, bu işi görmədən, istəyirsən, lap Joze Mourinyonu gətir, yenə də çempion ola bilməzdik. Bu il hətta Avroliqaya vəsiqə qazansaydıq belə, bu, komandanın uğuru kimi qəbul edilə bilərdi. Ancaq biz yeni heyətimizə baxmayaraq, daima çempionluğa oynadığımızı bildirmişik.
- Çempion olsanız belə, çempionat ərzində təbii ki, zəif cəhətləriniz yox deyildi.
- Bu təbii ki, olmalıdı. Müsbət amil kimi yaxşı heyət formalaşdırmağı qeyd etmək olarsa, zəif nöqtəmiz bizə qarşı olan yersiz təzyiqlər idi. Kiminsə işi düz getməyəndə bizi günahlandırırdılar ki, guya hakimlər “flaqman”a kömək edir. Hakimlərlə bağlı problemi müvafiq qurum həll edir, biz yox.. Sadəcə, mövsüm ərzində bu cəhət bizim əleyhimizə işlədi. Ancaq bu cür təzyiqlər bizim çempion olmaq istəyimizə mane ola bilmədi.
- Sonuncu turda “Xəzər Lənkəran”la prinsipialığı ilə seçilən növbəti görüşlərinizdən birinə çıxacaqsınız. “Neftçi” bu oyuna formal xaraketli bir matç, yoxsa prinsipial görüş kimi yanaşacaq?
- Əgər biz çempion olmuşuqsa, “Xəzər Lənkəran”la oyunda 3 xal qazanmaq bizi çox maraqlandırmır. Əsas odur ki, son turlarda şans verdiyimiz yerli oyunçular bu matçda öz oyun praktikaların artırsınlar. Qarşılaşma ətrafında böyük səs-küy qaldırmaq lazım deyil. Sadəcə çıxıb öz oyunlarını oynasınlar. Qarşıdan Avroliqa gəlir.
Buna görə mən təkcə “flaqman”a yox, rəqibə də bu oyunda özlərini zədələrdən qorumalarını arzu edirəm. Düzdü, publika üçün oynamq lazımdı, ancaq bundan daha çox önəm veriləsi məqam səviyyəli oyun göstərməkdi. Qoy, "Neftçi", “Xəzər Lənkəran”, "Qarabağ" çempionatda bir-birilərinə qarşı apardığı prinsipi Avropa meydanlarında da nümayiş etdirsin.
- “Neftçi”nin çempionat ərzində bu qədər tənqidlərə məruz qaldığınızı nəzərə alaraq, düşünmək olar ki, baş məşqçi Arif Əsədovun əsas işi Çempionlar liqasında görünəcək?
- "Neftçi"nin illər boyu formalaşmış oyun stili var. Yerli mütəxəssis Arif Əsədova şans verməklə biz çəkinmədən çempionluğu təmin etməklə yanaşı, Çempionlar Liqasında da iddiamızı göstərmək istəyirik. Və rəqiblərimizin kimləyindən asılı olmayaraq, düşünürük ki, Çempionlar Liqasının və ya Avroliqanın qrup mərhələsinə düşməyin vaxtıdır. “Bate”, “Şerif” kimi komandalar avrokubokların qrup mərhələsində oynamağı bacarırsa, bizim komandalar niyə bacarmasın?
- Yay transfer pəncərəsi dövründə hansı mövqelərə oyunçular cəlb etmək istəyirsiz?
- Mayın 18-dən sonra məşqçilər korpusu və rəhbərlik bu barədə müzakirə apararaq açıqlama verəcək. Hazırda komandaya yeni oyunçuların cəlb olunması istiqamətində işlər aparılır. Avropadan tutmuş Cənubi Amerikaya qədər maraq dairəmizdə saxladığımız oyunçular var. Ancaq bu rəqəm 3-dən artıq olmayacaq. Hansı oyunçular ki, “Neftçi”nin ruhuna uyğun olacaq, biz də onları öz sıralarımıza cəlb edəcəyik.
- Son vaxtlar Ruslan Abışovun Rusiyanın “Volqa” klubuna keçəcəyi deyilir.
- Rəsmi olaraq adı çəkilən komanda bizə təklif göndərməyib. Ruslan bir futbolçu kimi güclü xarakterə malikdi. İstərdik ki, o daha iddialı klubda çıxış etsin. Eyni zamanda avqust ayına qədər tranfer pəncərəsi açıqdı, ona qədər daha səviyyəli bir klubdan Ruslan üçün təklif gələrsə, biz bunu dəyərləndirəcəyik.
- Bahadır Nəsimovla 3 illik anlaşma imzaladız. Son vaxtlar mütəxəssislər onun formada olmadığını iddia edir. Çempionlar Liqası kimi nüfuzlu turnir öncəsi daha səviyyəli hüçumçu transfer etmək olmazdı?
- Mən belə deməzdim. Ola bilər, bizim hücum xəttimizə əlavə güc qatacaq oyunçu lazımdı. Bunu məşqçilər daha dəqiq müəyyən edəcək. Ancaq Bahadırı siyahıdan silmək lazım deyil. Sadəcə, bir müddət zədəli olması onu bir qədər geri atıb. Heç bir futbolçu bütün karyerasını ideal formada keçirə bilməz. Nəsimov da həmçinin belə aqibətlə üzləşib. Ancaq inanıram ki, özbək futbolçu Çempionlar liqasında sözün deyəcək. Yaddan çıxarmayaq ki, o, “Rubin” kimi komandanın futbolçusu olub.
- Əvəzedici heyətdən necə, gələn mövsüm əsas komandaya futbolçu gətiriləcəkmi?
- Bəli. Artıq növbəti mövsümdən klubumuzun ikinci komandasından icarə qaydasında başqa klublarda oynayan Elvin Yunusov və Emin Mehdiyev, eləcə də daha 4-5 gənc futbolçunu “flaqman”ın əsas komandasına cəlb etməyi düşünürük.
- Beynəlxalq oyunlar idarə etmiş hakim kimi mövsüm ərzində bu mövsüm Premyer Liqadakı hakimliyin səviyyəsinə necə qiymət verirsiz?
- Təbii ki, bu mövsüm nəticələrə təsir edən hakim səhvləri oldu. Əvvəllər hakimlik etmiş bir insan kimi söyləyirəm ki, nə vaxt bizim hakimlər Tofiq Bəhramov kimi dünya çempionatının və yaxud Eldar Əzimzadə kimi olimpiya oyunlarını idarə etsə, onda bu sahənin bizdə də inkişaf etdiyini deyərəm.
Yadımdadı, bizim vaxtımızda hakimlər nadir hallarda, özü də Bakıda təlim-məşq toplanışı keçərdik. Ancaq, indi görün, AFFA-nın rəhbərliyi hakimlər üçün xarici ölkələrdə necə yüksək səviyyədə toplanışlar keçirir. Təəssüf ki, hakimlər yaradılan şəraitin qarşılığında lazımi səviyyədə oyun idarə etmirlər. Ən əsası da hakimlər meydanda özünü şəxsiyyət kimi aparmalıdı. Onda onun etdiyi səhv də normal qəbul olunur.
- Çempionlar Liqasına hazırlıq necə təşkil olunacaq?
- Çempionat bitdikdən sonra komanda iki həftəlik istirahətə buraxılacaq. İyunun 5-dən iyunun 10-dək bütün heyət üzvləri tibbi baxışdan keçəcək. Bundan sonra komandamız Türkiyəyə yollanacaq. Ayın 22-dək orada qaldığımız müddətdə bir komanda ilə yoldaşlıq görüşü keçirəcəyik. Bundan 5 gün sonra Avstriyanın Zaslburq və ya Tirol şəhərlərinin birində toplanışa davam edəcəyik. Çempionlar liqasında qarşılacağımız ilk rəqib Mərkəzi Avropa və ya Skandinaviya ölkəsi olsa, biz Avstriyadan matçın keçiriləcəyi məkana yollanacağıq. Ola bilsin, bu hazırlıqlar müddətində lazım bildiyimiz transferləri reallaşdıraq.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı