"Qarabağ"ın müdafiəçisi və milli komandanın kapitanı Rəşad Sadıqovun müsahibəsi
- “Qarabağ” son oyununu Quzanlıda “Neftçi”yə qarşı keşirdi. Ağdam Olimpiya İdman Kompleksinin stadionu xoşuna gəldimi?
- Möhtəşəm azarkeş dəstəyi vardı, qısa müddətdə hazırlanan meydançanın vəziyyəti də yaxşıdır. Deməli, Azərbaycanda istəsələr, meydançaları düzəltmək mümkündür. Belə çıxır ki, istəmirlər. Meydançaları düzəltmək lazımdır ki, oyunlar maraqlı keçsin.
- Yeni mövsümdə komandanız oyunları burada keçirəcək?
- Mən bütün qarşılaşmaları burada oynamaq istəyirəm. Bu il istəmirdim ki, Quzanlıda oynayaq.
- Niyə?
- Söz-söhbətlərə görə. Çoxları elə bilirdi ki, komandamız yalnız “altılıq” oyunlarını burada oynayıb rəqiblərini pis vəziyyətə salmaq istəyir. Biz sübut etmək istəyirdik ki, həm Bakıda, həm də Ağdamda eyni gücdə oynayırıq. Fikrimcə, Quzanlıda oynasaq, çox yaxşı olar: həm Qarabağ naminə, həm azarkeşlər, həm də komandamıza görə. İki həftədən bir avtobusla gəlib-getmək problem yaratmaz.
- Peşəkarlığa zidd olsa da, bəzən yol yorğunluğu bəhanə gətirilir.
- Bu, boş şeylərdir. Qarşılaşmalardan iki gün əvvəl 4-5 saat avtobusla yol gəlmək problem deyil. Vaxtıilə bu müddət məsafə qət etdikdən sonra birbaşa oyuna çıxırdıq. Həmin günləri unutmamalıyıq. İndiki imkan və şəraitdən istifadə etmək lazımdır.
- Rəşad, başa çatmaq üzrə olan mövsümü necə qiymətləndirirsən?
- Normal. Qarşıya qoyulan məqsədə, ən azı Avroliqa yarışına vəsiqəni təmin etdik. İkinci yer uğrunda “Qarabağ” və “Xəzər Lənkəran” mübarizəni davam etdirir. Son oyunda da uğur qazanmaq istəyirik.
- "Qarabağ"ın çempion olmaq arzusu alınmadı...
- Kim çempion olmaq istəməz?! Ancaq görünür “Neftçi” bu ada daha çox layiq idi və buna nail oldu.
- "Xəzər Lənkəran"ın xal itirməsini istərdinmi?
- Əlbəttə. İrəli getmək üçün bizim qələbəmizlə yanaşı, rəqibin xal itirməsi lazımdır. Ancaq əsas öz oyunumuzu düşünürük. Lənkəran klubu da yaxşı komandadır. Hər iki klub arasında həmişə maraqlı oyunlar olur. Qismət kimindirsə, o da ikinci olacaq. Hesab edirəm ki, buna nail olmaq da yaxşı nəticə sayıla bilər.
- Baş məşqçiniz Qurban Qurbanov deyir ki, 2 və 3-cü yer arasında elə də fərq görmür.
- Mənin üçün ikinci yeri tutmaq vacibdir. Ötən il üçüncü olmuşuq. İstərdim ki, bu dəfə bir pillə irəli gedək. Komandamız gənc olsa da, yerində dayanmaq olmaz. Hər il nəticələri daha da yaxşılaşdırmalıyıq. Üçüncü yer də yaxşı nəticə olacaq. Ona görə ki, güclü klubları geridə qoymuşuq. İkinci pilləyə sahib çıxmağımızı çox istəyirəm. Biz mübarizə aparacağıq, görək sonu necə olacaq.
- Çempionatın səviyyəsi səni qane edirmi?
- Ötən il çempionat daha maraqlı alındı. Son dəqiqəyə kimi qalibin adı məlum deyildi. Bu mövsüm isə çempionatın başa çatmasına üç tur qalmış birinci yerin sahibi müəyyənləşdiyindən yarışa maraq azaldı. Həm də xal fərqi də böyükdür. Ötən ilki çempionat daha yaxşı idi. Lakin bu mövsüm komandalar güclüdür. Bu sırada “Neftçi”, “Xəzər Lənkəran” və AZAL-ın adlarını çəkərdim. Çempionluq uğrunda mübarizə sona kimi davam etsəydi, çempionat daha maraqlı olardı.
- Futbolumuzun göstəricisi daha çox milli komanda və klubların mötəbər yarışlarda uğurlu çıxışı ilə ölçülür.
- Uğurlu nəticəyə birdən-birə nail olmaq mümkün deyil. Buna yavaş-yavaş əldə etmək lazımdır. Futbolun inkişafı üçün ilk növbədə meydançalar yüksək səviyyədə olmalıdır. Bu olmasa, tərəqqi zəif olacaq. Bir az inkişaf, irəliləyiş var. Uğurların sayını artırsaq, bu qabarıq şəkildə özünü göstərəcək.
- Keçmiş SSRİ məkanındakı futbola sərmayə qoymaq baxımından Rusiya, Ukraynadan sonra Azərbaycan gəlir. Necə olur ki, Belarus və Moldova klubları qrup turnirində oynayır, Azərbaycan komandaları yox?
- Hər şey sərmayə ilə həll olunmur. Bunun üçün vaxt və klubların peşəkar fəaliyyəti vacibdir. Komandalarımızda professional idarəçilərə və futbol mütəxəssislərinə ehtiyac var. Hər şey bugünkü nəticə ilə ölçülməməlidir. Gələcəyə nikbin baxmaq lazımdır.
Hərtərəfli şərait yaradılmalı, uşaq məktəbinə xüsusi diqqət yetirilməli, düzgün iş qurulmalı və gənc futbolçularla daha çox çalışmaq önəmlidir. Ancaq təəssüf ki, bu proses futbolumuzda çox zəif gedir. Bu gün məlum sahə ən çox legionerin ümidinə qalıb. Doğrudur, onlar sırasında səviyyəli futbolçular da var.
- Məgər AFFA-nın 8+3 limiti legionerlərin buraya axışmasına şərait yaratmırmı?
- Əvvəlcə limit tamamilə götürülmüşdü. İndi heç olmasa legionerlərin sayı 8-dir. Fikrimcə, əvvəl 7, sonra 6-ya salmaq lazımdır. Doğrudur, bu halda yerli futbolçu qıtlığı olacaq. Ancaq müqəqqəti, 1-2 il belə ola bilər. Sonra gənclər bu boşluğu dolduracaqlar. Belə olduğu halda futbolumuz, milli komandamız daha çox inkişaf edəcək.
- Yaxın 2-3 il ərzində klublarımızı qrup mərhələsində görə bilərikmi?
- Bilirsiniz ki, iki dəfə buna çox yaxın olmuşuq. Ancaq əfsus ki, güclü rəqiblərlə qarşılaşmışıq. Sonradan həmin komandalardan "Tvente", Dortmund "Borussiya"sı ölkə çempionu olublar. Püşkdən də çox şey asılıdır. Bir az uğur da tərəfimizdə olmalıdır. Qrup mərhələsinə vəsiqənin ən asan yolu Çempionlar Liqasıdır. Bu yarışda iki mərhələ keçməklə ən azı Avroliqada qrup raundunu təmin etmək olar.
Ancaq Avropa Liqasında buna nail olmaq çətindir. Ona görə ki, pley-off-da özündən 5-10 dəfə güclü rəqiblərlə qarşılaşırsan. İki il də bunu göstərdi. Ümid edirəm ki, “Neftçi” qrup mərhələsinə keçərək Avrokuboklarda bu baxımdan ilk komandamız kimi tarixə düşəcək. Belə düşünürəm ki, onlar buna nail ola bilərlər.
- "Neftçi"dən çox danışdın. Eşitdiyimizə görə, çempion səninlə maraqlanır.
- Xeyr, belə şey yoxdur. Heç bir komanda ilə danışıqlar aparmıram və karyeramı burada davam etdirəcəyəm.
- Müqavilənin vaxtı gizlidir?
- Bəli. Belə məsləhət görülüb.
- Xaric klubdan təklif gəlsə gedəcəksən, yoxsa?
- Belə plan var. Rusiya və Türkiyənin yüksək liqalarında oynamaq istəyirəm. Lakin əmin olmalıyam ki, orada ehtiyatda saxlamayacaqlar. Hələ ki, maraqlanan yoxdur.
- İndi də milli komanda ilə söhbətə keçək. Berti Foqts almanların baş məşqçisi Yoahim Lövün Qazaxıstan millisinin Azərbaycandan güclü olması fikri ilə razıdır. Bu, milli komandaya mənfi təsir etmirmi?
- Lövün fikrinin bizə heç bir təsiri yoxdur. Hesab edirəm ki, Foqts oyun ərəfəsində qazaxları arxayınlaşdırmaq üçün taktiki gediş edib. İnanmıram ki, baş məşqçimiz rəqibdən çəkinir. Bu mütəxəssis hər zaman iddialıdır və bütün oyunlarda qələbə qazanmağı tələb edir. Foqtsun mətbuata verdiyi açıqlamalarla, bizə verdiyi tapşırıqlar arasında fərq olur.
Rəqibdən qəti çəkinmirik və qorxmuruq. Ayın 20-dən təlim-məşqə başlayacağıq. Millimizi qrupun çox vacib və ağır oyunu gözləyir. Bəzi səbəblərdən komandamızın təcrübəli oyunçuları qarşılaşmada iştirak etməyəcəklər. Allahın köməyilə səfərə uğurlu nəticə qazanmaq üçün gedəcəyik.
- Qələbə, yoxsa heç-heçə üçün?
- Məğlub olmağımızı istəmirəm və bunu ağlıma belə gətirmirəm. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Ancaq səfərdə heç-heçə də pis nəticə olmayacaq. Ən əsası odur ki, uduzmayaq.
- Allah qorusun, məğlubiyyət olsa faciəyə çevriləcək?
- Bəli. 4 oyunun 1-də qalib gəlmişik. Qazaxıstana məğlub olsaq, azarkeşlər bizi bağışlamayacaqlar. Buna görə də bu hamı - futbol ictimaiyyəti, məşqçilər və futbolçular üçün çox önəmli qarşılaşma olacaq.
- Milli komanda iddialı olmadığı, səviyyəli futbolçuların qıtlığı olduğu bir məqamda yığmaya əcnəbi mütəxəssisin başçılıq etməsi nəyə lazımdır?
- Bu suala cavab mənlik deyil.
- Heç olmasa, bu seçmə mərhələdə yığma komandamız daha çox xal toplaya bilərmi?
- Mən proqnoz verməyi xoşlamıram. Təbii ki, hər zaman qarşıya qoyulan məqsəd daha yaxşı nəticə göstərməkdir, yerimizdə addımlamamaqdır. Nəyin necə olacağını zaman göstərəcək. 6 oyunumuz qalıb və bunlardan 4-nü doğma meydanda keçirəcəyik. Maksimum yaxşı nəticələr göstməyə çalışacağıq ki, bu seçmə mərhələ azarkeşlərin xatirələrində unudulmaz olsun.
- Rəşad Sadıqov niyə əvvəlki oyununu göstərə
bilmir?
- Türkiyədə yaxşı formada idim, gələndə psixoliji gərginliklə üzləşdim. İndi hər şey qaydasına düşüb.
- Bir az zamana ehtiyac yoxdurmu?
- Yox. Hərənin öz fikri, baxışı var. Mən suala siz düşündüyünüz kimi cavab verməməliyəm (əsəbləşir). Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərmək çox çətindir. Bunun bir sıra səbəbləri var: əksər meydançalar yaxşı vəziyyətdə deyil, rəqiblər səni yaxşı tanıyırlar, daha çox taktiki, ehtiyatlı oyunlar gedir. Buna görə də özünü göstərmək və seçilmək çətin olur. Futbolçu da çalışır ki, balansı pozmasın, məşqçinin tapşırıqlarını yerinə yetirsin. Əgər komandamız yaxşı nəticə qazanırsa bu məni qane edir.
Yəni, başımdan yuxarı atlanıb nəsə etmək fikrim yoxdur. Futbol fərdi yox, kollektiv oyundur və burada ağıllı oyun göstərmək lazımdır. Milli komanda və Avropa miqyaslı turnirlərdə özünü yaxşı baxımdan göstərmək olur. Bu oyunlara köklənmək və ab-hava fərqlidir. Milli çempionatda qarşılaşmaya 30-40 azarkeş gələndə nə qədər istəkli olsan da, bunun oyununa təsiri olur.
Mənbə: supersport.az
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir
Santuş Jotanın faciəvi ölümü haqda danışdı
Ağ Evdə UFC döyüşü keçiriləcək
"Milan"dan yeni transfer
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında
Fatih Terimi o əvəzlədi - Rəsmi
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
"Qəbələ" 19 yaşlı legionerlə müqavilə imzaladı
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri