«Neftçi»nin baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- «Qarabağ»a məğlub oldunuz son turun oyununda bir neçə gənc oyunçuya şans vermişdiniz. Bu matçda hücum xəttində böyük problemlər olduğu açıq-aşkar görünürdü. Bunu nəylə əlaqələndirərdiniz?
- Bildiyiniz kimi, hücumda təkcə Bahadır Nəsimov oynayırdı. Bundan başqa heyətdə bir-iki dəyişiklik olanda, bu, istər-istəməz komandanın oyununa mənfi təsirini göstərir. Əsas heyətin 8-9 futbolçu bu oyunda iştirak etmədi. Bu da sözsüz ki, xətlərarası əlaqədə, hücumda öz sözünü deyirdi. Bunu faciə kimi deyil, normal qarşılamaq lazımdı.
Çünki “Qarabağ”la oyunda gənclərə daha çox üstünlük verərək, onları yoxlamağı qərara almışdıq. Çox deyə bilərlər ki, komanda böyük hesabla uduzub, ancaq biz bu oyunu udmuş kimi fikirləşirik. İstənilən halda çempionatın bitməsinə üç tur qalmış birinciliyi rəsimləşdirdik və bizdə çox gözəl şans yarandı ki, gənc oyunçuları güclü rəqiblərlə oyuna buraxıb onların nəyə qadir olduqlarını təhlil edək.
- «Xəzər Lənkəran»la prinsipial oyun ərəfəsindəki böyükhesablı məğlubiyyət futbolçularınza necə təsir göstərəcək?
- Bir daha deyirəm, bunu faciəyə çevirmək lazım deyil. Biz son turda 0:3 hesabı ilə uduzduğumuz “Qarabağ”a 2:0 hesabı ilə qalib gəlmişdik. Düşünürəm ki, burada problemli bir şey yoxdur. Hamı bu oyuna hansı heyətlə və nə məqsədli getdiyimizi bilirdi. Ona görə də mən əminliklə deyə bilərəm ki, «Qarabağ»la oyun “Xəzər Lənkaran”la görüş öncəsi futbolçularımıza heç bir psixoloji təsir etməyib.
- Çempionlar Liqası yarışına qədər hücum xəttini gücləndirmək fikriniz var?
- Çempionatda vurduğumuz qolların sayı göstərir ki, hücumda bir problem yoxdur. Biz əsasən komanda şəklində hücum qurmağa üstünlük veririk, konkret bir hücumçuya bel bağlamırıq. Ümumiyyətlə, komandamız hər zaman hücum futboluna üstünlük verib və vurduğumuz qolların sayı buna bir daha sübut edir.
- Ancaq özünüz də bilirsiniz ki, milli çempionatla Çempionlar Liqasını müqayisə etmək doğru deyil.
- Əlbəttə, sizinlə tam razıyam. Biz mövsümün sonunda komandanın heyətini daha da gücləndirmək üçün bir neçə mövqeyə səviyəli leqioner transfer etməyi düşünürük. Transfer işlərimiz də yaxşı gedir. Çalışacağıq ki, tez bir zamanda onları həll edək.
- Konkret hansı mövqelərə futbolçu gətirməyi düşünürsünüz?
- Biz əsasən qapıçı və orta sahəyə oyunçu almağı planlaşdırırıq. Hücumun daha kəsərli alınması üçün pleymeker funksiyasında çıxış edən futbolçuya ehtiyaç olduğunu düşünürəm.
- Hücumçudan söz düşmüşkən, uZun müddətdir Bahadır Nəsimov fərqlənə bilmir, elə “Qarabağ”la son oyunda da heç nə ilə yadda qalmadı.
- Biz Bahadıra inanırıq, bu oyunçunun komandamıza çox köməyi olub. Biz onun əməyinə qiymət veririk. İnanıram ki, Bahadır öz sözünü Çempionlar Liqasında deyəcək. Hər bir futbolçunun karyerasında eniş məqamı ola bilər və heç kim deyə bilməz ki, mən daim əla formada olacağam.
- Mövsümün sonunda sizi “Xəzər Lənkaran”la oyun gözləyir. Baxmayaraq ki, gənc məşqiçi kimi erkən çempionluq qazanmısınız, cənublularla görüşlərdə qalib gələ bilməmisiniz. Bu dəfə tilsimi qıracağınızı düşünürsünüz?
- İlk növbədə deyim ki, biz təkcə “Xəzər Lənkaran”ı deyil, bütün klubları geridə qoyaraq çempion olmuşuq. O ki qaldı şəxsi görüşlərə, əlbəttə, bizim öz fikrimiz, düşüncəmiz var. Nəinki “Xəzər Lənkaran”, eləcə də “Qarabağ”la ya başqa bir klubla oyuna yalnız qələbə üçün çıxırıq. Bu oyununda belə olacağını inanıram. Çünki «Xəzər Lənkaran»la oyunda prinsipiallıq var. Məhz buna görə də əlimizdən gələni edəcəyik ki qalib tərəf biz olaq. Ancaq bir daha deyirəm, əsas qələbəni, çempionluğu artıq qazanmışıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi