Bolqarıstan milli komandasının almaniyalı baş məşqçisi Lotar Matteus yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Bolqarıstan mətbuatına müsahibə verən Matteus maraqlı fikirləri ilə yadda qalıb:
"Bolqarıstana yalnız uğur qazanmaq üçün gəlmişəm. Hazırda buradakı həyatımdan da çox məmnunam. Təbii ki, Bolqarıstan futbolunu Almaniya ilə müqayisə etmək olmaz. Lakin burada da futbolu çox sevirlər. Mən də Bolqarıstan yığması ilə uğur qazanmaq istəyirəm. Bu məqsədlə dünyanın bir neçə güclü yığma komandası ilə yoldaşlıq oyunu keçirmək yaxşı olardı.
Mənim Argentina, Braziliya və vətənim Almaniya ilə sıx əlaqələrim var. İspaniya, Fransa və Braziliya kimi komandalarla oyun keçirmək Bolqarıstan yığmasına çox lazımdır. Çünki belə oyunlarda futbolçular öz təcrübələrini artırmaqla yanaşı, rəqib oyunçulardan da müəyyən şeylər öyrənirlər. Lakin Azərbaycan, Qazaxıstan və Özbəkistan yığmaları ilə oyunlarda isə futbolçularımın öyrənə biləcəkləri bir şey yoxdur.
Çünki həmin yığmaların futbolçularının ustalıq səviyyəsi olduqca aşağıdır. Bununla belə, Bolqarıstan millisinin inkişafı üçün ən azı 2 il lazımdır. Məhz bu inkişafa nail olduqdan sonra Braziliya yığmasını Bolqarıstana dəvət etmək olar. Təbii ki, bu da əlamətdar bir hadisə kimi əbədi olaraq azarkeşlərin yaddaşında qalar".
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi