"Zirə" "Araz-Naxçıvan"a qalib gəldi, "Turan Tovuz"dan darmadağın

"Zirə" "Araz-Naxçıvan"a qalib gəldi, "Turan Tovuz"dan darmadağın
PREMYER LİQA 25 May 2025 / 21:23 6818
-  A +

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.

QOL.az xəbər verir ki, 36-cı turun son oyun günündə 2 matç keçirilib.

4-cü yerdəki "Turan Tovuz" 9-cu pillədəki "Kəpəz"i qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

2-ci yerdəki "Zirə" isə 3-cü sıradakı "Araz-Naxçıvan"ın qonağı olub. Bu matç "qartallar"ın 1:0 hesablı qələbəsi ilə bitib. 

Qeyd edək ki, Misli Premyer Liqasının cari mövsümdəki çempionu "Qarabağ" olub. "Zirə" 2-ci, "Araz-Naxçıvan" 3-cü yeri tutub.

25 may (bazar)

19:30. “Araz-Naxçıvan” – “Zirə” - 0:1

Qol: Junior Martins, 58

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

“Liv Bona Dea Arena”

17:00. “Turan Tovuz” – “Kəpəz” - 4:0

Qollar: Aleks Souza, 10, 23, Turan Manafov, 42 - avtoqol, Ayxan Hüseynov, 44

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu

24 may (şənbə)

“Sabah” - “Neftçi” - 1:0 

“Şamaxı” - “Qarabağ” - 0:1 

23 may (cümə)

“Səbail” - “Sumqayıt” – 1:4

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 15 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Pavol Şafranko ("Sabah") - 9 qol

Daha çox


Son xəbərlər