Misli Premyer Liqasında bu mövsümə yekun vurulur

Misli Premyer Liqasında bu mövsümə yekun vurulur
PREMYER LİQA 25 May 2025 / 09:00 836
-  A +

Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulacaq.

QOL.az xəbər verir ki, 36-cı turun son oyun günündə 2 matç keçiriləcək.

4-cü yerdəki "Turan Tovuz" 9-cu pillədəki "Kəpəz"i qəbul edəcək. 2-ci yerdəki "Zirə" isə 3-cü sıradakı "Araz-Naxçıvan"ın qonağı olacaq.

Qeyd edək ki, Misli Premyer Liqasının cari mövsümdəki çempionu "Qarabağ" olub. "Zirə" 2-ci, "Araz-Naxçıvan" 3-cü yeri tutub.

25 may (bazar)

17:00. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu

19:30. “Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

“Liv Bona Dea Arena”

24 may (şənbə)

“Sabah” - “Neftçi” - 1:0 

“Şamaxı” - “Qarabağ” - 0:1 

23 may (cümə)

“Səbail” - “Sumqayıt” – 1:4

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 15 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Pavol Şafranko ("Sabah") - 9 qol

Daha çox


Son xəbərlər
24.05.25  12:10

"Napoli"dən ilk