Mahir Emreli qoruyucu şinlə məşqə başladı - Şəkil

Mahir Emreli qoruyucu şinlə məşqə başladı - Şəkil
ÖLKƏ FUTBOLU 30 Aprel 2025 / 16:21 1963
-  A +

Almaniya 2-ci Bundesliqasının son turunda "Fortuna" ilə görüşdə əlindən xəsarət alan "Nürnberq"in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.

Metakarpal (əl sümüyü) sınığı aşkarlanan Azərbaycan millisinin üzvünün məşqə xüsusi hazırlanmış şinlə çıxmağı məsləhət görülüb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib. Bu gün isə Emreli qoruyucu şinlə komanda ilə birlikdə məşqdə iştirak edib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.

Xatırladaq ki, son vaxtlar oyununda irəliləyiş olan Mahir Emreli ardıcıl 3 matçda 4 qol vurmağı bacarıb.

Daha çox


Son xəbərlər