Xəbər verdiyimiz kimi, "Qarabağ" Misli Premyer Liqasının 32-ci turunda "Sabah"la 1:1 hesablı heç-heçə edərək sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib.
QOL.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib:
- Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra uğur əldə etdilər. Bu məni sevindirir. Çempionluğun sayı bəlkə bir az çox görünür. Amma futbolçuların istəkli olması çox vacibdir. Bu il də bunun şahidi oldum. Hər birinə təşəkkür edirəm. “Sabah”a qarşı əsl çempionluq oyunu oldu. Hər iki komanda tərəfdən ağıllı oyun gördük. Bu stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimizi təbrik edirəm. Onlar da bunu haqq etdilər. Hər zaman bizimlə oldular. “Sabah”a uğurlar arzulayıram. Onların da azarkeşlərinə təşəkkür edirəm. Gözəl mənzərə var idi. Hər birimiz sevinirik.
- Futbolçular elə sevinirdi ki, sanki çempion olmayıblar, artıq buna öyrəşiblər...
- Nə qədər çempionluğun sayı çox olsa da, futbolçuları belə motivasiyada saxlamaq vacibdir. Onların arzusu olmasa, bu tempdə saxlamaq çətindir. Qalib gəlmək istəyirdik. Hər bir uğurun ilkləri daha ləzzətli olur. Amma mən həmişə növbəti uğuru daha çox əldə etmək istəmişəm. Oyundan sonra sevinməyə gəldikdə, ola bilər ki, orada bir az motivasiya görünmür. Amma hər bir halda, mənə vacib olan meydançadır, orada da oyunçularımın istəyini gördüm.
- Sanki daha çox oynamayan futbolçularla meydana çıxmışdınız. Buna səbəb kubokun finalında da rəqibinizin "Sabah" olması idi, yoxsa oyunçularınıza istirahət vermişdiniz?
- Heyəti tam dəyişmişdik. Əvvəlki onbirlik və bugünkü onbirlik tam fərqli idi. Son oyunlarda demək olar ki, heyəti dəyişməmişdim. Kubokun cavab görüşündə də oyunçularda yorğunluq olması hiss edilirdi. Amma bu oyunda da demək olar ki, heyətin hamısını "Araz-Naxçıvan"la matçda da meydana buraxmışdım. Onları qorumaq istədim. Yorğunluqdan sonra yenə yükləmə verəndə, futbolçuların bərpa çox gec olur. Belə hallar ilboyu dəfələrlə olub. 2-3 oyun bir heyət oynayır, onlara yaxşı istirahət vacib olur. Bu gün bundan istifadə etdik. Digər oyunçularımıza da əlavə təşəkkür edirəm. Çoxdandır oynamayanda 90 dəqiqəlik dinamikanı, məsuliyyəti qoruyub-saxlamaq çətindir. Amma bunu bacardılar. Hər çempionatda oyunlarımız olub ki, ikinci heyət kimi düşündüyümüz heyətin çempionluqda payı daha çox olub, nəinki digərlərinin.
- "Qarabağ"ın bu yay heyətdə köklü dəyişikliklər edəcəyi iddia olunur. Bu nə dərəcədə doğrudur?
- Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun addım atmaq istəyirik. Əgər bu dəqiqə futbolçuların hamısını dəyişim və deyim ki, 15-20 futbolçu məni orada gözləyir, çox çətindir. Hansı futbolçu ilə işləmişəm, onları göndərmək istəmirəm. Onların əziyyətini, can yandırmasını görürəm, hiss edirəm. Buna görə heç bir futbolçunu göndərmək istəmirəm. Baş məşqçi kimi hansısa futbolçu ilə yollarımızı ayırmaq mənə çətindir. Amma gedişata görə, bu addımı atmaq istəyirik. Komandaya yeni nəfəs vermək, daha da aktivləşdirmək, gücləndirmək üçün imkanımız, şansımız olsa, mütləq bu addımı atacağıq. Futbolçular göndəriləcək, ya yox bu barədə düşünmürük. Sadəcə komandamıza əlavə oyunçular götürmək istəyirik. Çünki kollektivimizdə həmişə 24-25 futbolçu olub. Bu gün tam 20 futbolçumuz var. Neçə futbolçumuz getdi, onların yeri hələ ki boş qalıb. Çalışacağıq ki, dəyişikliklər edək. Amma bu o demək deyil ki, qlobal dəyişikliklər olacaq. Gedişata görə belə addım gözlənilmir.
- "Sabah"ın oyunu barədə nə deyə bilərsiniz?
- "Sabah"ın oyunun həmişə dəyərləndirmişəm. Çox sürətli, texnikalı hücum xətti var. Təcrübəli yarımmüdafiə və müdafiə xəttinə sahibdirlər. Bu komandaya qarşı yaxşı oyun göstərmək üçün daha çox hazırlaşmalı və daha çox "Sabah"ı analiz etməliyik. Çünki çox düşünülmüş hücumları var. Diqqətsizlikdən qapımızda qol gördük. "Sabah"ın oyununa, oyun sisteminə, klubun iş prinsipinə çox pozitiv yanaşıram. Ancaq xoş sözlər deyə bilərəm.
- Klubun prezidenti bildirib ki, yayda 4-5 futbolçunun transferi gözlənilir. Sizin indidən gözaltı etdiyiniz oyunçular var?
- Hər mövsümün yekununda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkürlərimiz olur. İlboyu hər birimizin üzərinə düşən vəzifə var. Onu biz düzgün, layiqincə yerinə yetirsək, sonda birlik möhkəm olsa, nəticədə uğur da olur. Mütləq müzakirələrimiz olacaq. Bizim illər boyu diqqətimiz daha çox yay transfer pəncərəsinə olub ki, daha çox oyunçu dəvət edə bilərik. Olub ki, 4-5 oyunçu transfer etmək istəmişik, amma 2 futbolçu ilə tamamlamışıq. Çünki transfer o qədər də asan deyil. Gözaltı etdiyim futbolçular var. Amma əfsuslar olsun ki, onları bəzən əldə edə bilmirik. Son vaxtlar Avropaya daha çox meyillidirlər. Bizim kimi və ya bizdən bir az yuxarı futbol ölkələrində ümumi struktur daha yaxşılaşdırılıb, maliyyə cəhətdən də daha böyüyüblər. Ona görə də futbolçuları bura gətirmək heç də asan deyil. Amma hər bir halda həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdır. Daha da uğurlu nəticə əldə etmək istəyiriksə, daha çox çalışmalı, iş saatımızı çoxaltmalıyıq. Əgər alınsa, hər xətdə 2 oyunçu götürsək, bunların sayı 5-6 olacaq. Planımızda var. Xeyirlisi olsun.
- Fransa və Əlcəzair mətbuatının yazdığına inansaq, Kadi Borgesin gəlişindən sonra Yassin Benzia maaşınına artırılmasını istəyir. Digər tərəfdən, Marko Veşoviçin də gedəcəyi iddia edilir. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu haqda fikirlərimi bir az bildirdim. İstəyərəm ki, bu futbolçularla illər boyu birlikdə olaq. Çünki biz bir-birimizi daha yaxşı tanıyırıq, bir-birimizin tələbini daha yaxşı anlayırıq və yerinə yetirməyə çalışırıq. O ki qaldı pul söhbətinə, doğru-düzgün söhbət deyil. Narazılıq, ya hansısa futbolçu daha çox pul istəyir deyə, müqavilə imzalanılmır filan...Burada belə bir şey olmayıb. Sadəcə hər bir futbolçunun müəyyən yaş dövründən sonra onların son addımı olur. Ola bilər ki, daha yaxşı təklif gözləyirlər, daha yaxşı çempionatda oynamaq istəyirlər. Benzia və Veşoviçlə pul söhbətində heç bir narahatlığımız, narazılığımız olmayıb ki, mən bu qədər istəyirəm, mən vermirəm filan...Benzianın öz çəkisi var, Veşoviçin öz çəkisi. Kadi gəldi deyə, mən çox pul istəyim...Bunların hamısının özlərinə xas ədəb-ərkanları var. Özləri öz bacarığına görə danışıqlarda fikirlərini bildirirlər. Amma Kadi gəldi deyə, pulumu artırın filan, onlar heç bu cür etməzlər. Dediyim kimi, ədəb-ərkanları, əxlaqları olan insanlardır. Belə söhbət yoxdur. Sadəcə illər boyu olub ki, futbolçumuzla bir mövsüm elə danışığımız gedib. Futbolçunun özü üçün də qərar vermək asan deyil. Çünki onların o qədər məsləhət verənləri olur ki... Hansısa təkliflər olur, futbolçu da başlayır planlar qurmağa. Sonda da mən onları anlayaraq, sərbəst buraxıram və son gündə müqavilə bağlamaq lazım olsa belə, ona da razılaşıram. Çünki futbolçu ömrü, karyerası qısadır. Əgər onlar hansısa maliyyəyə baxmayaraq, burada çıxış edirlərsə, klubun uğuru üçün öz güclərini hər oyun sona kimi qoyurlarsa, mən də hansısa kompromisə getməliyəm. Hər birinin öz çəkisi var. Bəzi yazılar həqiqəti əks etdirmir.
- Çempionlar Liqasında hədəf nədən ibarət olacaq?
- Hələ ki fikir bildirə bilmərəm. Vaxt var. Amma biz hər turnirdə maksimum uğur əldə etməyə çalışmışıq. İstəklərimizi həyata keçirə biləcəyik, ya yox onu qarşıdakı turnirdə görünəcək. Hər il istəyirik ki, daha da yaxşı olaq. (sportal.az)
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video