“Qəbələ” çempionluğu rəsmiləşdirdi, “İmişli” və “Karvan” Premyer Liqada

“Qəbələ” çempionluğu rəsmiləşdirdi, “İmişli” və “Karvan” Premyer Liqada
ÖLKƏ FUTBOLU 25 Aprel 2025 / 19:59 5448
-  A +

Bu gün Azərnbaycan 1-ci liqasında 23-cü tura yekun vurulub.

QOL.az xəbər verir ki, son gündə 3 matç keçirilib. 

"Karvan" "Cəbrayıl"ı qəbul edib. "İmişli" "Zaqatala"nın qonağı olub. "Qəbələ" isə MOİK-lə qarşılaşıb.

"Qəbələ" 1:0 hesablı qələbə qazanıb. Bununla da "qırmızı-qaralar" 1-ci liqada çempionluğu rəsmiləşdirib. Onlar daha əvvəl yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanmışdılar.

Digər oyunlarda "Karvan", həm "İmişli" rəqiblərini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, bölgə təmsilçiləri turnir cədvəlində son 4 turun nəticəsindən asılı olmayaraq ilk üçlükdə yerlərini təmin ediblər. Bu isə onlara da növbəti mövsüm Misli Premyer Liqasında oynamaq hüququ verir.

25 aprel (cümə)

17:00. “Karvan” – “Cəbrayıl” - 2:0

Qollar: B.Teymurov, 18; E.Qasımov, 81
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu 

17:00. “Zaqatala” – “İmişli” - 0:2

Qollar: İ.İnqilablı, 21; A.Ağazadə, 61
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu

18:00. “Qəbələ” – MOİK - 1:0

Qol: E.Tağıyev, 90+7 - pen. 
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu

24 aprel (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Difai”

“Mingəçevir” – “Bakı Sportinq”

Daha çox


Son xəbərlər
25.04.25  00:45

"Trabzonspor" finalda