“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Artıq Premyer Liqa sona çatmaq üzrədi. Komandanız üçün mövsümü necə dəyərləndirirsiz?
- Hələlik çempionat tam başa çatmayıb. Baxmayaraq ki, çempion bəllidi, buna rəğmən bizim gümüş medallara iddiamız davam edir. Qarşıda “Neftçi” və AZAL komandaları ilə iki ağır oyunumuz var. Bəlkə də bizimlə oyunda “Neftçi” ikinci heyəti meydana buraxacaq. Ancaq bununla belə, onların ehtiyat qüvvəsi son matçda “İnter”ə başağrısı oldu. AZAL da dördüncü yerə iddiasını qoruduğu üçün bu matç çox gərgin olacaq. Mövsümün əvvəlində rəhbərlik qarşımıza Avroliqada çıxış etmək vəzifəsi qoymuşdu. Biz bu işin öhdəsindən gəlmişik. Bizim üçün 2-ci, 3-cü yerin və ya çempionluğun fərqi yox idi. Əsas Avroliqaya düşmək idi, bunu da bacardıq. Çempion da ola bilərdik.Ancaq bu, bizə qismət olmadı.
- Buna nə mane oldu? Bəlkə lazıminca oyunçu transfer olunmamışdı? Razılaşın ki, Avroliqadakı uğurlu çıxışdan sonra «Qarabağ»ı çempionatda bu il daha iddialı görürdülər.
- Çempionat başlamazdan öncə komandanı tam formalaşdıra bilmədik. Zədəli oyunçuların sayı həddən artıq çox oldu. Bir məşqçi kimi çalışdım ki, bunu müəyyən qədər aradan qaldırım. Birdə ki, «altılıq» komandalarının hamısı çempionluğa can atırdı. Ancaq bu yolda “Neftçi”nin kubokdan çıxması onları sıx qrafikdən azad etdi. Hərçənd, biz də kubokla erkən vidalaşmışdıq. Ancaq bu imkandan “Neftçi”daha yaxşı istifadə etdi. Həm də paytaxt təmsilçisi yaxşı legioner və güclü ehtiyat qüvvəyə malik idi ki, bu da müsbət nəticə verdi.
- Bir illik fasilədən sonra yenidən Ağdamın Quzanlı qəsəbə stadionunda ev oyununa çıxacaqsınız. «Qarabağ» «Neftçi»ylə oyunda revanş haqda düşünür?
- Xeyr. Həm də oyunçularımda kifayət qədər yorğunluq var. Sadəcə, biz ora yerli azarkeşləri sevindirməyə gedirik. Çalışacağam ki, bu matçda ehtiyyat qüvvədən də istifadə edim. Çünki elə futbolçularımız var ki, mövsüm ərzində 40-50 oyun keçirib. Bu da Azərbaycan səviyyəsində az deyil. Yaxşı olar ki, bu oyunda qələbə qazanaq. Ancaq qələbə olmasa da, faciə baş verməyəcək. Əsas odur, yerli azarkeşlər komandanı canlı olaraq bir daha görsün və bilsinlər ki,onların komandası yaşayır və yaşayacaq. Klubumuzun direktoru Əmrah Çəlikəl oyundan öncə müəyyən tədbirin keçirilməsi üçün bəzi işlər görür. Ancaq, məncə, “Qarabağ”ın Ağdama dönüşündən böyük tədbir ola bilməz. Meydançada görülən son təmir işlərindən sonra ot örtüyü də yaxşı vəziyyətə gətirilib. Əvvəlcədən məsləhət bildilər ki, gələn ili də gözləyək, ot örtüyü ideal səviyyəyə çatsın. Ancaq Ağdam azarkeşlərini nəzərə alaraq bundan imtina etdik.
- Gələn il «Qarabağ»ın ev oyunlarının hamısını Ağdamda keçirməklə bağlı rəhbərlik tərəfindən müzakirə aparılıb?
- Bəlkə də gələn il bu məsələ sizin deyiniz kimi olacaq .Çünki orada əsas meydançayla bərabər ehtiyat qazon da salınır ki, bu da komandanın məşq etməsi üçün əlavə köməkdir. Bu haqda mövsümün sonunda konkret qərar veriləcək.
- İlqar Qurbanov son turun “Xəzər Lənkəran”la matçında fərqləndi. Sizcə, o, əvvəlki formasını qaytara bilibmi?
- Bilirsiz həmişə öz üzərində əziyyət çəkən adam zəhmətinin bəhrəsin görür. İlqar da məhz bu cür əməyin sayəsində öz istəyinə çatdı. Məşqlərdə özünü yaxşı tərəfədən göstərir. Ancaq düşünürəm ki, o hələ də ideal formadan uzaqdı. Bu gedişlə əvvəlki oyunu bərpa etməsinə şübhə etmirəm.
- «Qarabağ»da müqaviləsi bitməkdə olan oyunçularla bağlı məsələ nə yerdədi?
- Vüqar Nadirovla müqavilənin uzadılması tam həll olunmayıb. “Qarabağ” rəhbərliyi Vüqarın cavabını gözləyir. Bununla belə, o, komandada qalmaq istəyir. Vüqardan fərqli olaraq, Elvin Məmmədov sıralarımızı tərk etməyə hazırlaşır. Çünki onun ürəyi «Qarabağ»da yox, «Bakı» klubundadır. Özüm də onunla bu barədə söhbətləşdim və hiss etdim ki, o qərarında israrlıdı. Ona klub tərəfindən təklif verilmişdi. Ancaq Elvin ailəsinin də Bakıda qalmaq istədiyini əsas gətirərək bundan imtina etdi. Görünür, ona “Bakı” klubunda daha yaxşı şərait yaradacaqlar. Belədə heç bir problem yoxdu. Biz yerli oyunçulara daha çox şans verərək onları yetişdirməyə çalışırıq. Buna onlar nə dərəcədə qiymət verir, özləri bilər. Yenə də yolu açıq olsun. Ancaq bilsəm ki, onlar özlərini başqa klubda daha yaxşı hiss edəcəklər, o dəqiqə hamısını “Qarabağ”dan buraxaram. Çünki bu dəqiqə onların xarakteri tam futbol xarakteri kimi formalaşmayıb.
- Artıq “Qarabağ”ın Avroliqada çıxış edəcəyi dəqiqləşib. Komandanız bu yarışa hazırdımı?
- Ötən mövsümə baxanda bu il futbolçularımız daha çox oyun keçirdi. Bu, həm də milli komandanın toplanışları ilə bağlı idi. Bu hazırlıqlar futbolçulara həm fiziki, həm də psixoloji yorğunluq gətirib. Nəzərə alsaq ki, qış fasiləsi də az oldu, oyunlarımız üçün çox ağır olacaq. Bundan başqa, mövüm bitəndən sonra komandanın istirahət etməyə vaxtı qalmır. Çünki ilk təsnifat mərhələsindən bu turnirə qoşulacağıq. Ancaq buna rəğmən, ötən illərdəki çıxışı təkrarlamaq və Avroliqanın qrup mərhələsinə düşmək istəyirik.
- Heyətə yeni oyunçular və yaxud legionerlər cəlb edəcəksiniz?
- Əlbəttə. İstər müdafiə, istər hücum xətti, fərq etməz, komandaya yeni nəfəs lazımdı. Lakin burda bir məsələ var ki, komandaya hər oyunçunu gətirmək olmur. Xüsusilə yeni gələn legioner heyətə oturuşmuş yerli futbolçunun oynamaq şansını azalda bilər. Məsələn, əvvəl heyətdə 70-80 faiz yer alan oyunçu belə halda 30-40 faiz heyətə düşəcək. Bu mənada, əcnəbi oyunçu gətirəndə belə məsələlərə fikir verməyə çalışırıq. Gələn mövsüm üçün yerli oyunçulardan bir neçəsini “Qarabağ”a gətirmək istəyirik. Ancaq bu dəqiqləşmədiyindən indidən ad açıqlamaq istəmirəm.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı