Millimiz böyük hesabla Xorvatiyaya məğlub oldu

Millimiz böyük hesabla Xorvatiyaya məğlub oldu
XƏBƏR 15 Aprel 2025 / 21:39 1906
-  A +

Bu gün Azərbaycan millisi futzal üzrə Avro-2026-nın əsas mərhələsində son oyununa çıxıb.

QOL.az xəbər verir ki, qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiya ilə qarşılaşıb. Bakı İdman Sarayında keçiriləcək oyun millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Görüşü Kiprdən olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, 5-ci qrupda Xorvatiya sonra 18 xalla liderdir. Yunanıstan və İsveç 7 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Azərbaycan isə 2 xalla sonuncu - 4-cüdür. 

Yığmamız bunadək İsveçlə görüşlərdə 1 dəfə uduzub (3:4), 1 dəfə heç-heçə edib (3:3), Yunanıstanla matçlarda da 1 dəfə məğlub olub (2:3), 1 dəfə heç-heçə edib (2:2).

20:00. Azərbaycan – Xorvatiya - 1:4

Qollar: O. Rüstəmli, 22 – D. Mataja, 6, 12; J. Jurlina, 9; N. Qudasiç, 32

Bakı İdman Sarayı

Daha çox


Son xəbərlər
14.04.25  19:32

Mbappe üzr istəyib

14.04.25  14:59

"Biz axmaq deyilik"