AFFA prezidenti Rövnəq Abdullayev bəyan edib ki, Berti Foqts milli komandanın baş məşqçisi vəzifəsində qalacaq.
Qol.Az-ın məlumatına görə, bu gün jurnalistlərlə söhbətində o deyib ki, millidəki baş məşqçi dəyişikliyinə ehtiyac görmür.
«Əgər Foqts Belçikayla oyundakı uğursuzluğa görə günahkar sayıldısa, Türkiyə üzərindəki qələbədən sonra onun qəhrəman adlandırırdılar. Biz Qazaxıstanla qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Bildiyiniz kimi, iyunun 6-da Azərbaycan futbolunun 100 illiyi qeyd olunacaq. Bu qələbə bizim futbolun yubileyinə gözəl hədiyyə ola bilərdi» - deyən R.Abdullayev Bakıda keçiriləcək yubiley tədbirlərinə FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platininin qatılacağını söyləyib.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı