Tovuz şəhər stadionunun süni örtüyünün təbii örtüklə dəyişdiriləcəyi gözlənilir.
QOL.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev bildirib.
“Turan Tovuz”un yaydığı məlumatda bildirilb ki, martın 28-də Tovuz stadionunda yeni istifadəyə verilmiş əsas korpus binasının açılış mərasimindən sonra qonaqlar inşası planlaşdırılan təlim-məşq bazasının salınacağı əraziyə baxış keçiriblər.
Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın baş katibi Cahangir Fərəcullayev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və digər qonaqlara gələcək planlar haqda ətraflı məlumat verib. Avqust-sentyabr aylarında Tovuz şəhər stadionunda süni örtüklü meydançanın təbii örtüklə əvəzlənməyinin nəzərdə tutulduğunu vurğulayan klub rəhbəri növbəti mövsümdə azarkeşlərdən uzaq qalmaqdan narahat olduğunu qeyd edib:
Onun sözlərinə görə, yeni əsas korpus binasının tamamlanmasından sonra Kürdəxanı layihəsi və digər infrastruktur layihələrinə davam edirlər: "Yaxın günlərdə stadionumuzun UEFA standartlarına gətirilməsi üçün tələbləri yerinə yetirməyə başlayacağıq".
Klub rəhbəri deyib ki, avqust-sentyabr aylarında Tovuz şəhər stadionunun meydançasını təbii örtüklə əvəzləməyi nəzərdə tuturlar: "Lakin bir məqam məni narahat edir. Azarkeşlərimizin unikallığı, möhtəşəmliyi, komandalarına bağlılığı hər kəsə məlumdur. Mən komandanın azarkeşlərdən ayrı qalmasını düşünə bilmirəm. Ev oyunlarını doğma şəhərdən uzaqda keçirmək bu dəstəkdən məhrum olmaqdır. Azarkeşlərimiz həqiqətən bizim 12-ci oyunçumuzdur. Tovuza yaxın olan Gəncə şəhər stadionunun III MDB Oyunlarına hazır olması gözlənilir. Burada futbol yarışları da müəyyən müddət davam edəcək. MDB oyunları zamanı klubların orada oyun keçirməsinin nə dərəcədə real olduğunu hələ bilmirik. Ona görə də həm AFFA, həm də PFL rəhbərliyindən növbəti mövsümün birinci dövrəsinin bütün oyunlarını səfərdə keçirmək üçün köməklik göstərmələrini rica edirəm. Qeyd etdiyim kimi, bunu azarkeşlərimizdən, o möhtəşəm atmosferdən uzaq qalmamaq üçün istəyirik”.
Bekker 100-ə çatdı
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı
“Çelsi” bu gün Mareska ilə yolları ayıra bilər
Afrika Millətlər Kubokunda 1/8 finalın bütün cütlükləri
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi