"Milan"ın yarımmüdafiəçisi Luka Modriç karyerası ərzində birlikdə çalışdığı məşqçilərlə bağlı xatirələrini bölüşüb.
QOL.az xəbər veir ki, o, ən tələbkar və sərt məşqçi kimi "Real"dakı sabiq çalışdırıcısı Joze Mourinyonu xüsusi qeyd edib:
"Mourinyo xüsusidir. Həm məşqçi, həm də insan kimi. Məni "Real"da görmək istəyən o idi. Mourinyosuz heç vaxt ora çata bilməzdim. Birlikdə cəmi 1 mövsüm işləməyimiz təəssüf doğurur".
Yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin iş tərzini canlı şəkildə xarakterizə edən bir məqamı da danışıb: "Əgər Mourinyo, Ançelotti və Alleqri arasında seçim etməli olsam, ən çətini Jozedir. Onun paltardəyişmə otağında Kriştiano Ronaldonu göz yaşlarına boğduğunu gördüm. Ronaldo meydanda bütün gücünü sərf edən bir insandır, sadəcə rəqib müdafiəçisinin arxasınca qaçmadığı üçün danlandı.
Modriç vurğulayıb ki, bütün sərtliyinə baxmayaraq, Mourinyonun oyunçularla həmişə dürüst davranıb: "O, çox ədalətli biridir. Qarşısında kimin olmasına əhəmiyyət vermirdi - Serxio Ramos, yoxsa yeni gələn. Deyəcək bir sözü varsa, birbaşa deyirdi. Alleqri də belədir: o, həmişə nəyin doğru, nəyin səhv olduğunu birbaşa izah edir. Dürüstlük əla məşqçilərin əsas xüsusiyyətidir".
Səfərdə 700-cü qol
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər