Mirça Rednik: "Azərbaycanda ən çox sevdiyim və ən çox sevilən klub "Qarabağ"dır"

Mirça Rednik: "Azərbaycanda ən çox sevdiyim və ən çox sevilən klub "Qarabağ"dır"
ÖLKƏ FUTBOLU 7 May 2011 / 23:38 3454
-  A +

“Bu gün Azərbaycanın iki ən güclü və ən yaxşı oyun göstərən komandasının oyununu gördük. Hər iki komada futbol oynamağı hər şeydən üstün tutur və nəticədə biz çox gözəl, Avropasayağı oyun görürük”. Qol.Az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik "Qarabağ"la 1:1 hesabı ilə nəticələnən Premyer Liqa matçından sonra deyib.

Rednikin fikrincə, "Qarabağ" komandası çox yaxşı formalaşıb, baş məşqçisi Qurban Qurbanov isə yaxşı mütəxəssisdir. "Qarabağ"la oynamaqdan şərəf duyduğunu söyləyən təcrübəli mütəxəssis Ağdam təmsilçisini Azərbaycanda ən çox sevdiyi və ən çox sevilən klub adlandırıb: "Qurban Qurbanova və komandasına uğurlar arzulayıram. Mən "Qarabağ"ın oyunundan həzz aldım".

O, heç-heçədən məyus olduğunu söyləsə də, "Xəzər Lənkəran" azarkeşlərinə komandanı sonadək dəstəklədikləri üçün təşəkkür edib: "Biz məşqlərdə səhvlərimiz üzərində çoxlu işləyirik, lakin yenə də istədiyimiz nəticəni qazana bilmirik. Deyə bilmərəm, oyunun nəticəsi ədalətli oldu, yoxsa yox. Amma həm azarkeşlərə, həm oyunçulara görə çox məyusam”. 
 

Daha çox


Son xəbərlər