“Oyun çox çətin, gərgin keçdi. Birinci matçda yenilsək də, toparlana bildik. Xorvatiya yığması ən güclülərdəndir. Onlar daim final mərhələsinə vəsiqə qazanırlar. Bu statistikaya baxmayaraq, komandamız əzmkarlıq göstərdi, əla oyun nümayiş etdirdi”.
QOL.az xəbər verir ki, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin qapıçısı Hüseyn Abdulov deyib.
Avropa çempionatının əsas mərhələsində dünən Xorvatiyaya qarşı keçirilən matçdan danışan qolkiper 3:3-lük heç-heçə belə şərh edib: "Elə oyun oldu ki, qələbə də qazana bilərdik, hətta yenilgi ilə da üzləşə bilərdik. Çünki əvvəldə onlar fərqləndi, sonra biz ardıcıl 2 qol vurduq, uzun müddət hesabda öndə olduq. Sona 12 saniyə qalmış isə yenik duruma düşdük. Yenə də ruhdan düşmədik, özümüzə inanırdıq. Rəqib hər nə qədər güclü olsa da, sona 1 saniyə qalmış hesabı bərabrləşdirdik. Bu əsas mərhələdə qazanılan ilk xalımız oldu. Kənardan asan görünsə də, buna nail olmaq üçün çox əziyyət çəkdik”.
O, qırmızı vərəqə aldığı epizoddan da söz açıb: “Vaxtında müdaxilə etməsəydim, xorvat futzalçı fərqlənəcəkdi. Həmin anda əlimi bədənimə sıxsam da, cərimə etməkdən yayına bilmədim. Əlbəttə, komandamı azlıqda qoyduğuma görə təəssüfləndim. Əsas odur ki, meydanda azlıqda qaldığımız müddətdə də qapımızı toxunulmaz saxlaya bildik”.
H.Abdulov son turda Türkiyəyə qarşı keçiriləcək matçda komandasına inandığını vurğulayıb: “Qrupun son oyununda meydana çıxa bilməsəm də, komanda yoldaşlarıma inanıram. Əslində, Türkiyə millisi bu qrupun sürpriz komandasıdır. Heç kim onların bu cür çıxış edəcəyini gözləmirdi. Hər iki komanda üçün çətin görüş olacaq. Riyazi baxımdan şansımız qalsa da, reallığı nəzərə alsaq, mərhələ adlamağımız çox çətin olacaq. Ancaq reytinq xalları qazanmaq üçün komandamız ən yaxşısını etməyə çalışacaq”.
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
2-ci liqada 10-cu tur başa çatır
"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
Azərbaycan millisinin düşərgəsindən yeni - Video
Raul Qonsalesin təyinatı rəsmiləşdi
Millimizdən kənar qalan Lorenzo - Zədəsi ciddi deyilmiş
U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib
“Sumqayıt”ın legioneri milliyə çağırılıb
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə - Video
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur