"Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, klub rəsmisi cari mövsümün dəyərləndirməsi, gələcək planlar və klub azarkeşlərini düşündürən sualları cavablandırıb...
- Zeynal müəllim, mövsümü ümumilikdə necə dəyərləndirirsiniz?
- Bu mövsümü ikili hisslərlə başa vururuq. Komandamız qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi. Bunun subyektiv və obyektiv səbəbləri var. Komandamız ondan gözlənilən sabit oyun göstərə bilmədi. Bəzi oyunlarda yüksək səviyyədə mübarizə aparan “Bakı” bəzi oyunlarda özünə oxşamadı. Digər tərəfdən, uşaq komandalarımızın inkişafı, əvəzedici komandamızın səviyyəli oyunu və sona 3 tur qalmış 14 xal fərqlə çempionluq titulu qazanması bizi sevindirdi. Növbəti mövsümdən etibarən əsas heyətə öz klubumuzun yetirmələri cəlb olunacaq. Uşaq və yeniyetmə komandalarımızın oyunlarını izlədikcə, güclü yeni nəslin yetişdiyinin şahidi oluruq. Bu amil olduqca vacibdir. Qətiyyətlə söyləmək olar ki, bu tendensiya İldən-ilə güclənəcək. Başa vurduğumuz mövsüm ərzində nəhəng infrastruktur çalışmalarımız davam etdi. Klub bazasının tamamilə istifadəyə verilməsini böyük uğur kimi dəyərləndirirəm. Beynəlxalq əlaqələrimizin möhkəmlənməsi, “Bakı”nın tanınan və sevilən bir brendə çevrilməsi istiqamətində ciddi planlarımız var. Əminəm ki, bu layihələr təkcə klubumuz üçün deyil, bütün Azərbaycan futbolu üçün faydalı olacaq.
- Yəqin ki, heyətdə dəyişikliklər olacaq...
- Təbii ki, olacaq. Komplektləşdirmə sahəsində ciddi problemlərimiz var. Onları analiz edərək, müvafiq qərarlar qəbul olunacaq. Baş məşqçimizə çox güvənirik. Aleksandr Starkovun təcrübə və bacarığına şübhəmiz yoxdur.
- Komandadan kimlər gedəcək?
- Bunu indidən söyləmək düzgün olmaz. Bir çox futbolçularla müqavilələrimiz başa çatır. Digərləri ilə danışıqlar aparılacaq. Yalnız onu deyə bilərəm ki, heyətdə klub üçün can yandıran, “Bakı” forması geyməyə layiq futbolçular qalacaq.
- "Xəzər-Lənkəran"la kubok oyununda yaşanan qalmaqalla bağlı nə deyə bilərsiniz?
- Çox maraqlı oyun oldu. Biz qalib gəlsək də, mübarizəni dayandırdıq. Təəssüf edirəm, ancaq bu, reallıqdır. Son oyuna gəldikdə, biz meydan sahibi kimi hər şeyi etdik ki, bu derbi təmiz idman mübarizəsi, dostluq və qardaşlıq şəraitində keçsin. Oyun başa çatandan sonra “Xəzər-Lənkəran” futbolçuları, klub rəsmilərinin əlini sıxdıq, onları təbrik etdik və finalda müvəffəqiyyətlər arzuladıq. Qonaq komandanın bəzi üzvlərinin təhlükəsizliyi təmin edən polislərə qarşı aqressivlik nümayiş etdirməsi qalmaqala səbəb oldu. Biz meydan sahibi kimi bu problemin həll olunmasında əlimizdən gələni etdik, tərəfləri sakitləşdirməyə çalışdıq. Qanunlara tabe olmaq hər bir vətəndaşın borcudur. İstər sadə fanat, istər futbolçu, istərsə də klub rəsmisi olsun. Gələcəkdə belə halların təkrarlanmamasını arzu edərdim.
- Gələcək planlar nədən ibarətdir?
- “Bakı” futbol klubunun planları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramı"nın futbol qurumları qarşısında qoyduğu vəzifələr və hədəflər əsasında qurulub. Biz gündəlik fəaliyyətimizi bu proqram əsasında davam etdiririk və gələcək planlarımızı da, məhz bu istiqamətdə qururuq. “Bakı” futbol klubunun fəxri prezidenti Anar Məmmədov və prezidentimiz Hafiz Məmmədov futbolu sevən, onun inkişafına hərtərəfli dəstək verən insanlardır. Bu insanlar Azərbacayda futbolun inkişafına böyük dəstək verirlər. Qarşıya qoyulan vəzifə klubun hərtərəfli inkişafını təmin etməkdən ibarətdir. “Bakı” futbol klubunun hərtərəfli inkişafı üşün bütün zəruri addımlar atılır. Dövlət Proqramının klubumuza aid olan hissəsinin icrası birbaşa klub prezidentinin nəzarətindədir. Hafiz müəllim klub rəhbəri və AFFA İcraiyyə Komitəsinin üzvü kimi futbola kifayət qədər vaxt ayırır, strateji inkişaf planına uyğun olaraq aparılan işlərin gedişinə nəzarət edir, qarşıya çıxan problemlərin həllində yaxından iştirak edir, tövsiyələrini verir.
- Uşaq futbolunda durum nə yerdədir?
- Bilirsiniz ki, A komandamızın əsası legioner futbolçulardan qurulub. Biz Azərbaycanda qazanılması mümkün olan bütün titulların daşıyıcısıyıq. Ölkə çempionu, Azərbaycan kubokunun qalibi, gümüş və bürünc medalların sahibi kimi ölkədaxili yarışlarda bütün hədəflərə çatmışıq. Qitəmiqyaslı yarışlara gəldikdə, Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyən iki Azərbaycan klubundan biriyik. Növbəti illərdə Avropada irəliləmək, qrup mərhələlərində mübarizə aparmağa layiq komanda formalaşdırmaq üçün çalışırıq. Bunlar A komandamızın hədəfləridir. Ümumilikdə klubumuzun hədəflərinə gəldikdə, qeyd etmək istərdim ki, əsas istiqamətlərdən biri olan gənc nəsil futbolçuların yetişdirilməsi səhəsində əldə etdiyimiz nəticələr ən yüksək mükafata layiqdir. Bu günlərdə əvəzedici komandamız bütün rəqiblərini geridə qoyaraq böyük üstünlüklə çempionluq titulunu qazandı. U-17, U-15 liqalarında iştirak edən komandalarımız qatıldıqları turnirlərin liderləridirlər, daha 2 uşaq komandamızın çempionluğun bir addımlığında olduğunu vurğulamaq istərdim. Bütün bunlar aktivə yazılır. Hazırda klubumuzun yetirmələri müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarına dəvət olunurlar. Təkcə onu deməklə kifayətlənirəm ki, Azərbaycan U-15 milli komandasının formasını 5 futbolçumuz geyinir. Daha 3 futbolçumuz yaxın gələcəyin milli komandasının əsasını təşkil edəcək U-19-un əvəzolunmaz heyət üzvləridir.
- Azarkeşlərimiz bu il üzgündürlər, onlara sözünüz var?
- Sonda üzümü azarkeşlərimizə tutmaq istəyirəm. Onlara klubumuza verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bütün Bakısevərləri əmin etmək istəyirəm: “Bakı” futbol klubu həmişə olduğu kimi gələcəkdə də sizi sevindirmək üçün bütün zəruri addımları atacaq, dəstəklədiyiniz və fəxr etdiyiniz klubun bayrağı yüksəklərdə dalğalanacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi