Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə keçirilən yoldaşlıq görüşündən sonra fikirlərini bildirib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:3 hesablı məğlubiyyətin ardından jurnalistlərin suallarını cavablandırıb:
- Bu heyəti yuxunuzda görsəydiniz, dəyişərdiniz?
- Əlbəttə, dəyişərdim. Sanki komanda meydana məğlub olmağa çıxmışdı, qələbə qazanmağa yox. Əslində, kollektiv məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi. Oyundan sonra çox şey demək olar. Birinci hissədə daha yaxşı idik. Qol epizodlarımız oldu, vura bilmədik. Fasilədən sonra isə hücum xətti üçün yeni oyunçular buraxdıq. Cinah ötürmələrindən yararlanmaq niyyətində idik. Yarımmüdafiədəki dəyişiklik də intensivliyi artırmaq üçün idi. Amma buraxdığımız ikinci qoldan sonra komanda ruhdan düşdü. Futbolçular nələrsə etməyə çalışdılar, amma alınmadı.
- Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq görüşündə meydandan qovuldu. Necə şərh edərdiniz?
- Elvinin özü ilə söhbət etdim. Hətta bunun yolverilməz olduğunu ona bildirdim. Amma bir şeyə görə oyunçunu öldürə də bilmərik.
- Qarşıda Belarusla görüş var. Həmin matçda heyətdə dəyişikliklər edəcəksiniz? Məsələn, "Qəbələ"dən dəvət etdiyiniz Şahin Şahniyarovu meydanda görəcəyik?
- Təbii ki, Belarusla görüşdə dəyişikliklər olacaq. Görüş istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. Onun istedadlı futbolçu olduğunu düşünürəm. Əlbəttə, strateji dəyişikliklərin məsuliyyəti məndədir. Haitiyə qarşı 4-4-1-1 sistemi ilə oynamaq istəyirdik, lakin alınmadı.
- Haitinin üçüncü qolundan sonra yerli fanatların onları alqışlamasına münasibətiniz necədir?
- Futbolda belə hallar da olur. Fanatlar da millimizdən qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, rəqib azarkeşlər bizi alqışlayar.
- Artıq bir ildir ki, Azərbaycan millisində işləyirsiniz. Milli komandada nəyi dəyişə bilmisiniz?
- İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Artıq növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.(sportal.az)
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"