“Növbəti turda “Qarabağ” klubu “Neftçi”ni Ağdamın Quzanlı qəsəbə stadionunda qəbul edəcək. Son vaxtlar orada gedən təmir-bərpa işləri artıq heç kəsə sirr deyil. Stadionda ot örtüyü ideal vəziyyətə gətirilib. Futbol oynamaq üçün daha bundan artıq nə lazımdı? Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ” klubunun təsisçisi Adil Nadirov deyib.
Nadirov daha sonra bu barədə belə danışıb: “Ağdamın icra hakimiyyətindən tutmuş sadə vətəndaşına kimi hər kəs “Qarabağ”ı öz doğma torpağında görmək istəyir. Onlar həmişə bunun həsrətini çəkirlər. Mən “Neftçi”nin çempionluğu qazanmamışdan öncə də klubun baş məşqçisi Arif Əsədovla bu barədə söhbət etmişdim. Onlar çempion olmasaydı belə, Quzanlıda oynamağa razı idilər.Yeri gəlmişkən “Neftçi” rəhbərliyinə milli – mənəvi dəyərlərimizi üstün tutub Quzanlıda oynamağa razılıq verdikləri üçün onlara təşəkkür edirik. Həqiqətən də, bu təqdirəlayiq addımdır”.
O digər klubların Quzanlıda lazımi şəraitin olmamasına görə “Qarabağ”la oynamaqdan imtina etməsinə də münasibət bildirib: “Digər klublar Ağdama getməyə qorxurlar. Buna səbəb isə ermənilərin atəşkəsi pozaraq Ağdamlılara güllə atmasıdır. Orada 60-70 min məcburi köçkün düşmənlə 100-150 metr məsafədə əsl kişi kimi yaşayır. Əgər onlara heç nə olmursa, bu futbolçulara nə olacaq? Bu tip sözlər sadəcə bəhanədi.
Necə olur ki, Bakıdan 550 km məsafədə olan Tovuza gedib oynaya bilirlər, ancaq burdan 300 km məsafədə yerləşən Ağdama gedə bilmirlər. Ağdamda oynamaq istəyən bütün komandalar üçün lazımı şərait var. Gəlsinlər və oynasınlar. Mən növbəti mövsümdən bütün klubları Ağdamda görmək istəyirəm. O gün olsun gələn ildən bütün oyunlarımızı Qarabağda oynayaq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı