"Qalatasaray"da icarə əsasında çıxış edən "Milan"ın futbolçusu Alvaro Morata karyerasında verdiyi qərarlar haqda danışıb.
QOL.az xəbər verir ki, o, "El Larguero" nəşrinə açıqlamasında "Atletiko"nu tərk etməsindən danışıb:
"Keçmişə gedə bilsəydim, "Atletiko"nu tərk etməzdim. Yayda hər şeyi daha çox düşünməli idim, amma indi bunu dəyişmək olmur. Bu məsələ Avro-2024 turniri boyunca məni narahat edirdi. Mən lazımlı və sevimli olmaq istəyirdim və Simeone, həqiqətən də, məni istəyirdi. Atam və agentim deyirdilər ki, mən səhv edirəm".
Qeyd edək ki, Alvaro Morata ötən ilin yayında "Atletiko"dan "Milan"a transfer olmuşdu. O, bu ilin qış transfer pəncərəsində icarə əsasında "Qalatasaray"a keçib. 32 yaşlı ispaniyalı hücumçu 31 matça çıxaraq 9 qol vurub və 3 qolun ötürməsini edib.
Lukakunun "400"ü
Son 7 mövsümdə ilk
"Barselona"dan böyükhesablı qələbə
İngiltərə Liqa kubokunun son yarımfinalçıları bilindi
"Zirə"nin 3 qollu qələbəsindən - Video
"Birinci hissə ağır keçdi" - Rəşad Sadıqov
"Çempionatın ən sərt komandasına qarşı oynadıq"
Azər Bağırov: "Yerli oyunçu sarıdan problemlərimiz var"
"Kəpəz" - "Səbail" matçında qalib bəlli olmadı - Video
Emreli Almaniyada növbəti oyuna çıxdı
Renat assist etdi, komandası qalib gəldi
"Zirə" - "Şamaxı": Heyətlər
Peres futbolçularının hərəsinə 900 min avro mükafat verib
"Onun yoxluğunun bizə ziyanı olacaq" - Azər Salahlı
"Kəpəz" - "Səbail": Heyətlər
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına vəsiqə qazandı