«Neftçi»nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqada sonadək mübarizə aparıb çempion oldunuz. Bu cür əzmkarlığı Çempionlar Liqasında da “Neftçi”də görə biləcəyik?
- Elə məqsədimiz də odur ki, Çempionlar Liqasında uğurla çıxış edərək, ölkəmizi layiqli təmsil edək. Biz də bilirik ki, hamı və bütün “Neftçi”sevərlər bizdən yaxşı nəticə gözləyir. Çalışacağıq azarkeşlərimizin ümüdlərini doğruldaraq, onları sevindirək. Bunların gerçəkləşəcəyinə də ümidliyik. Çünki necə lazımdır çalışırıq, çoxlu məşq edirik. Həm də bu, «Neftçi» üçün böyük bir sınaq olacaq.
- Çempionlar Liqasında uğurlu nəticə üçün həm də güclü heyətə malik olmalısan. Səncə, komandanızda hansı mövqeyə yeni futbolçular lazımdır?
- Mən futbol oynayandan belə çətin məsələlərə qarışmamışam. Bu, məşqçilər heyətinin və rəhbərliyin qərarından asılıdır. Kənardan baxanda daha yaxşı görünür ki, hansı mövqedə boşluqlar var. Yəqin ki, özləri təhlil edəcək və yaxın müddətdə çatışmazlıqları aradan qaldıracaqlar. Əlbəttə, Avropada uğurla yarışmaq üçün daha güclü heyətə malik olmalıyıq.
- Hər bir klubunun güclü yarımmüdafiəçiyə ehtiyacı var. Ola bilərmi ki, Arif Əsədov sənin mövqeyinə güclü leqioner transfer etsin?
- Əlbəttə (gülür). Amma bu, mənim üçün problem deyil. Birdə ki, həmişə çalışmışam ki, məşqçilər mənim oynuma güvənsinlər. Şükürlər olsun, bu, məndə pis alınmayıb. Mənim mövqeyimə də kimi istəsələr ala bilərlər. Buna qarışmıram və bu, də məni qorxutmur. Karyeram boyu çalışmışam ki, oynadığım komandaya maksimum xeyrim dəysin. Yəqin yaxşı oynamışam ki, əsas heyətdə olmuşam.
- Komanda yoldaşın Flavinyonun Azərbaycan millisinin heyətində çıxış etmək istəyini necə qiymətləndirirsən?
- Normal. Milli komandada elə bir futbolçuya ehtiyac var. Düzdü, yerli oyunçu olsaydı, daha yaxşı olardı. Çalışmaq lazımdır ki, öz yerli futbolçularımız millinin şərəfini qorusun. Əgər yuxarıdan məsləhət bilsələr, yəqin ki, Flavinyo milliyə çağırılacaq. Bir yerdə oynadığımıza görə demirəm, o, çox dəyərli futbolçudur. Həm insan, həm də futbolçu kimi əladır.
- Milli komandadan söz düşmüşkən, artıq çempionsan, həm də daim əsas heyətdə çıxış edirsən. Bəs nədən yığmaya dəvət almırsan?
- Mən artıq milli mövzusuna toxunmaq istəməzdim. Hər dəfə demişəm ki, Foqtsun siyahısında yoxam.
- Bəlkə Foqtsun səninlə hansısa prinsipi var?
- Ümumiyyətlə, onun fikri mənə maraqlı deyil. Nə vaxt başqa məşqçi gələr, məni dəvət edər, o zaman canla-başla millinin şərəfini layiqincə qorumağa hazıram. Mən çox şeyə baş qoşmuram, öz şansımı gözləyirəm.
- Mövsüm başa çatmaq üzrədir. Sənə hansısa yerli və ya əcnəbi klubdan təklif gəlib?
- Əcnəbi klublardan hələ elə bir təklif gəlməyib. Ancaq əvvəllər olub ki, xaricdən də yaxşı təkliflər gəlib, onda 24-25 yaşım olardı. Birdəki, mən bir klubda oynamağa üstünlük verirəm, çox klub dəyişməyi xoşlamıram. Çalışıram bir klubda sabit çıxış edim. Xaricdən təkliflər gəlsə, əlbəttə ki, dəyərləndirmək olar. Ancaq hələ bütün fikirimi bu an öz klubuma yönəltmişəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi