Azərbaycan kubokunun dünən keçirilən yarımfinal mərhələsinin «Bakı» - «Xəzər Lənkəran» oyununun baş hakimi Rövşən Əhmədov qonaq klubun nümayəndələri tərəfindən onun ünvanına yönələn ittihamlara münasibət bildirib.
Qeyd edək ki, Qol.Az saytına müsahibəsində «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, bu cür hakimlər futbolumuzdan silinməli və təqaüdə göndərilməlidir. Komandanın qapıçısı və kapitanı Kamran Ağayev isə Rövşən Əhmədov kimi hakimlərin futbolumuza zərbə olduğunu söyləyib.
Qol.Az-ın müxbiri ilə söhbətində Rövşən Əhmədov onunla bağlı səslənən son fikirləri qəbul etmədiyini deyib.
«Tuyqun Nadirov deyir ki, mən təqaüdə çıxmalıyam. Əslində hazırkı fiziki hazırlığım və hakimlik təcrübəm yol vermir ki, mən təqaüdə çıxım. Görünür, onlar rəhbərləri qarşısında özlərini təmizə çıxarmaq üçün belə fikirlər səsləndirirlər. Ola bilər ki, mənim dünənki oyunda hansısa səhvlərim olub. Amma qərəzdən söhbət gedə bilməz.
«Xəzər Lənkəran»ın qapısına penaltini qaydalar çərçivəsində təyin etmişəm. Bəlkə də bu klubun əsas narazılığı oyunun əsas vaxtına beş dəqiqə əlavə etməyimlə əlaqədardır. Amma bu qərarı ona görə verdim ki, ikinci hissədə futbolçular, xüsusilə «Xəzər Lənkəran»ın oyunçuları vaxtı bilərəkdən uzadırdılar. Buna görə iki dəqiqə yarım əlavə etdim. Üstəgəl, meydançaya həkimlər də daxil olmuşdu. Bütün bunları nəzərə alıb oyunun əsas vaxtına beş dəqiqə əlavə etdim» - deyə R.Əhmədov vurğulayıb.
R.Əhmədov bildirib ki, o, bir neçə dəfə «Xəzər Lənkəran»ın oyunlarına hakimlik edib: «Hər dəfə də biz hakimləri qeyri-obyektivlikdə günahlandırırlar. «Xəzər Lənkəran» - «İnter» oyunundan sonra Lənkəran stadionunun direktoru Höccət Hacıyev mənə dedi ki, «Xəzər Lənkəran»a qarşı haqsızlıq var, hakimlər hazırlanaraq və sifarişlə bura göndərilir. Amma mən də öz sözümü dedim ki, nəinki «Xəzər Lənkəran»ın, Premyer Liqanın heç bir oyununa hakim sifarişlə və xüsusi hazırlıqla göndərilmir.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hər təyinat zamanı bizdən ilk öncə onu tələb edirlər ki, oyunu yüksək səviyyədə idarə edək. Konkret Ramin müəllim deyib ki, əgər hansısa komandaya köməklik etmək fikrinə düşsəniz, hakimlikdə olmayacaqsınız. Biz də çalışırıq ki, oyunları obyektiv şəkildə idarə edək. Allaha çox şükür edirik ki, yaxşı qonorar alırıq. Buna görə də kiməsə haqsızlıq etməklə işimizi itirmək istəmirik. Mən uşaq deyiləm ki… Bunları gözəl dərk edirəm. Bir daha deyirəm, bəlkə də dünənki oyunda səhvim olub. Amma bunu bu dərədəcə şişirtmək lazım deyil».
R.Əhmədov matç başa çatandan sonra «Xəzər Lənkəran»ın rəisi Səməd Mustafayevin onu təhqir etdiyini söyləyib: «Məni təhqir etdi və öz cavabın aldı. Səmədin bu davranışıyla bağlı oyunun protokolunda qeydlər etmişəm».
R.Əhmədov onun barəsində Kamran Ağayevin dediklərinə də cavab verib: «Kamran bildirir ki, belə hakimlik bizim futbola zərbə vurur. Mən üzümü ona tutub deyirəm, Kamran, sən millinin qapıçısısan, ümumiyyətlə, hakimlik haqda danışmağın düzgün deyil. Çünki Azərbaycan hakimliyinin adı həmişə yüksəklərdə olub. Təsadüfi deyil ki, bu gün Azərbaycanın mərkəzi arenası Tofiq Bəhramov kimi hakimimizin adını daşıyır. Niyə ora futbolçunun deyil, hakimin adını veriblər?!»
R.Əhmədov AFFA-nın hazırkı rəhbərliyinin futbolun, o cümlədən hakimlərin inkişafına xüsusi önəm verdiyini söyləyib: «Hazırda futbolumuz inkişaf edir. İnkişaf varsa, bu, özünü hakimlikdə də göstərir. Mən 21 illik hakimlik fəaliyyətində üç federasiya prezidenti görmüşəm, amma indiki qədər hakimlərə qayğının şahidi olmamışam».
«Kamran hakimlik haqda danışmadan öncə, oturub, yaxşı fikirləşsin. Mən ona milli komandanın qapıçısı kimi hörmət edirəm. Ona görə də Kamrandan xahiş edirəm ki, bir daha, belə səhvlər etməsin. Sözü varsa, onu mətbuata yox, bizim özümüzə desin» - deyə R.Əhmədov bildirib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi