Dünən 9 dəfə seyv etdi - Bu gün həftənin oyunçusu oldu

Dünən 9 dəfə seyv etdi - Bu gün həftənin oyunçusu oldu
ÇEMPİONLAR LİQASI 6 Mart 2025 / 18:56 1619
-  A +

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Liverpul"un qapıçısı Alisson Bekker olub. O, dünən PSJ-yə qarşı matçda (1:0) 9 dəfə seyv edib.

32 yaşlı braziliyal sorğuda Rodriqo ("Real"), Harri Keyn ("Bavariya"), Martin Edeqoru ("Arsenal") qabaqlayıb.

Qeyd edək ki, Alisson Bekker PSJ - "Liverpul" matçının ən yaxşısı seçilib. 


Son xəbərlər