FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayını düz 64-ə qədər artırmaq imkanını nəzərdən keçirə bilər.
QOL.az xəbər verir ki, “The New York Times” nəşrinin vəziyyətlə tanış olan üç mənbəyə istinadən verdiyi məlumata görə, belə bir təklif FIFA rəhbərliyi və milli federasiyalar arasında keçirilən videokonfrans zamanı səsləndirilib.
Təklifi Uruqvay Futbol Federasiyasının nümayəndəsi irəli sürüb və izah edib ki, bu addımla FİFA 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının 100 illiyini qeyd edə bilər. İlk dünya çempionatı məhz Uruqvayda keçirilib.
Bildirilir ki, FIFA prezidenti Canni İnfantino bu ideyanı maraqla qarşılayıb. Bununla belə, müşavirənin digər iştirakçılarının bu məsələyə susqunluqla yanaşdığı iddia olunur.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı üç qitədə – Avropa, Afrika və Cənubi Amerikada keçiriləcək. Oyunların böyük hissəsinə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Uruqvay, Argentina və Paraqvay isə qrup mərhələsinin ilk turundakı bir oyunu keçirmək hüququna malik olacaq.
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar