Mais Mənsimov: "Biabırçı hakimliyə son qoyulmalıdır"
Dünən ölkə kubokunun yarımfinalında "Bakı"nı mübarizədən kənarlaşdıran "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov hakimliyin səviyyəsindən narazı qalıb.
Klub rəhbəri, oyundan sonra hakimliyin bərbad olduğunu bildirib: "Komandamıza qarşı yenə böyük ədalətsizlik oldu. Bu dəfə də hakim oyunu bərbad idarə etdi. Bundan başqa, qarşılaşmaya 5 dəqiqə əlavə etsə də, 7 dəqiqə oynatdı. Siz də bunun şahidi oldunuz. Biabırçı hakimliyə son qoyulmalıdır".
Qeyd edək ki, "Bakı" - "Xəzər Lənkəran" oyununun baş hakimi Rövşən Əhmədov olub.
Mənbə: supersport.az