“Qarabağ”ın hücumçusu Musa Qurbanlı dünən Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Səfər “Sumqayıt” üzərində 2:0 hesablı qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?
- Sumqayıtın ab-havası fərqlidir. Burada oynamaq heç vaxt asan olmur. Bu dəfə də maraqlı, bir o qədər də çətin matç alındı. Birinci hissədə daha aktiv idik. Fasilədən sonra sönük oynadıq. Lakin əsas odur ki, 3 xal qazandıq.
- Özünüz də qeyd etdiniz ki, fasilədən sonra sönük oynadınız. Bu, hesabdan irəli gələn arxayınlıq idi?
- Tam arxayınlıq deməzdim. Amma ola bilər ki, hesabın 2:0 olması öz təsirini göstərdi. Lakin bu, belə olmamalıdır. Bunun üzərində işləməliyik. Çünki belədə rəqibin şansları yaranır. “Sumqayıt” bir qol vursaydı, gərginlik yaranacaqdı. Yəni oyunun gedişatı tamamilə dəyişə bilərdi. Ona görə də çalışmalıyıq ki, sona qədər diqqətli oynayaq.
- Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- “Araz-Naxçıvan” çox yaxşı kollektivdir. Əsas rəqiblərimizdən biridir. Mövsümə çox yaxşı start vermişdilər. Düzdür, son turlar bir qədər xal itkiləri ilə üzləşdilər. Lakin bu o demək deyil ki, işimiz asan olacaq. Onsuz da Naxçıvan klubu ilə oyunlarımız hər zaman gərgin keçir. Qarşıdakı matçda da əlimizdən gələni edəcəyik ki, qalib gələk.
- Demək olar ki, turdan-tura ən yaxın izləyicilərinizlə aranızdakı xal fərqi artır. Bu məqam oyunlara köklənməyinizə mane olmur?
- Xeyr. Mövsümün sonuna hələ 13 tur var. Üstəlik, çempionluğu təmin etməmişik. Ona görə də arxayınlaşa bilmərik. Turnir cədvəlinə çox da fikir vermirik. Çalışırıq ki, hər matçda qələbə qazanaq. Çempionluğu yalnız medalı boyunumuzdan asanda təmin edəcəyik.
- Kubokda da yarımfinala yüksəlmisiniz. Çempionatla müqayisə aparsaq, hansı yarış “Qarabağ” üçün prioritetdir?
- Məqsədimiz “qızıl dubl” etməkdir. Hər iki cəbhədə qalib olmaq istəyirik.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov