«Oyun çox gərgin keçdi. Bu cür mübarizədə məğlub olsaq da, finala çıxan biz olduq». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Xəzər Lənkəran»ın kapitanı Kamran Ağayev deyib.
Qeyd edək ki, öz meydanındakı ilk oyunda 1:0 hesabı ilə qələbə qazanan «Xəzər Lənkəran» bugünkü matçda məğlub olsa da (1:2), səfərdə vurduğu qol sayəsində finala vəsiqə əldə edib.
K.Ağayev hakimliyin səviyyəsindən narazılığını ifadə edib.
«Hamı hakimliyin hansı səviyyədə olduğunu yaxşı gördü. Hakimlikdən heç kim raza qala bilməz. Belə hakimlik bizim futbolumuza zərbədir. Ancaq bu zərbəni vuranlar bilsinlər ki, Azərbaycan futboluna rəng qatan və peşəkarlıq gətirən «Xəzər Lənkəran»dır. Mən «Neftçi»nin çempionluğuna kölgə salmaq istəmirəm. Sadıq Sadıqov çox gözəl kollektiv yaradıb. Ancaq yaxşı olana, irəli gedənə badalaq vurmazlar. Finalda çox döyüşkən oyun nümayiş etdirib kuboku qazanmaq niyyətindəyik. İnşallah, Avropa Liqasındakı çıxışımızla nəyə qadir olduğumuzu sübut edəcəyik» - deyə K.Ağayev bildirib.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları