Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçı təxirə salınıb.
QOL.az xəbər verir ki, oyun bu gün saat 17:00-da başlamalı idi.
Lakin Bakıya yağan güclü qar səbəbindən Zirə qəsəbəsi stadionunun meydançası oyun üçün əlverişsiz vəziyyətə düşüb. Meydanı qar örtüb. Bu səbəbdən oyun təxirə salınıb.
Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilib ki, Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub.
Matçın baş hakimi Rauf Cabbarovun meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib.
***
PFL-in yaydığı məlumata görə, güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” qarşılaşmasının yeni tarixi müəyyənləşib.
Peşəkar Futbol Liqasının qərarına əsasən matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək.
Qarşılaşma saat 16:00-da başlanacaq.
"Zirə" "Kəpəz"ə qarşı
Qasperini Lukmana dediyi sözləri şərh etdi
"Qarabağ" - "Sabah" matçında vurulan qollar - Video
"Heç-heçədən razıyam" - Vasili Berezutski
“Qarabağ” “Sabah”la heç-heçə etdi
"Barselona"da yeni müqavilə
"Araz-Naxçıvan" - "Səbail" matçından - Video
"Nöqsanları aradan qaldırmaq lazımdır" - Elmar Baxşıyev
"Hər planda daha yaxşı idik" - Cavid Hüseynov
"Qarabağ" - "Sabah" - Heyətlər
“Araz-Naxçıvan” “Səbail"lə bərabərə qaldı
Ançelotti ÇL-in favoritlərindən danışdı
Qvardiola onu Salahla müqayisə etdi
“Real”ın futbolçusu nəhəng klubların hədəfində
"Araz-Naxçıvan" - "Səbail": Heyətlər
Azərbaycan klubu azarkeşlərdən kömək istədi
"Real" fikrini dəyişdi
Haaland "Liverpul"la oyunu buraxa bilər