Peşəkar Futbol Liqası ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların təşkili məsələsində yaranan çətinliklərə dair açıqlama yayıb.
QOL.az xəbər verir ki, açıqlamada bildirilib:
“Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar gözlənildiyi kimi oyunların keçiriləcəyi bütün stadionlarda çətinliklər yaşanıb. Bütün klubların rəhbərliyinə, əziyyəti keçən hər bir əməkdaşına fədakarlıq göstərdiklərinə görə minnətdarlığımızı çatdırırıq. “Neftçi Arena”, “Liv Bona Dea Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu, Şamaxı şəhər stadionu, Zirə İdman Kompleksinin stadionu oyunlara hazır vəziyyətə gətirildi. Hamısı yüksək səviyyədə təmizləndi və oyuna yararlı duruma çatdırıldı.
Komandalar dərhal qırmızı toplarla təmin olundu. Meydançalar qırmızı xətlərlə boyandı. Klublarla birgə bir komanda olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni etdik.
Ən böyük qar kütləsi Şamaxıda qeydə alınmışdı. Klub rəhbərliyinə və yerli icra orqanlarına xüsusi təşəkkür edirik. Hətta oyundan öncəki məşq üçün belə şərait yaratmağa nail oldular. Sadəcə axşam saatlarında yenidən qar yağdığına görə çətinlik yarandı. Səhər saatlarından etibarən klubla daim əlaqədəyik və təşəkkür edirik ki, stadionu tam təmizləyə biliblər. Yeganə problem yayımla bağlıdır. “CBC Sport” telekanalının əməkdaşları və VAR maşını dünənki matçlarla əlaqədar oyun günü səfərə yollandığından təhlükəsizlik səbəbindən geri qayıtmalı oldular”.
Daha öncə “Turan Tovuz” PFL-ə müraciət edərək VAR-ın olmaması səbəbindən “Şamaxı” ilə bugünkü matçın təxirə salınmasını istəyib. PFL bununla əlaqədar isə bildirib:
“Xüsusi qeyd etmək istərdik ki, VAR sisteminin olmaması və matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz. Dəfələrlə ölkəmizdə, eləcə də dünyanın bir çox çempionatlarında oyun zamanı VAR-ın çalışmamasının şahidi olmuşuq, amma oyun dayandırılmayıb. Və ya havanın dumanlı olması səbəbindən televiziya vasitəsilə tamaşaçıların izləməsi demək olar mümkünsüz hala gəlsə də, aşağı qatda, yəni meydançanın üzərində, hakimin görüş məsafəsində heç bir problem olmadığından oyun davam etdirilib. Bir daha qeyd etmək istərdik ki, oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir. Meydançanı nəzərdən keçirir, topun hərəkətini, hava şəraitinin futbolçuların sağlamlığına zərər vurma ehtimalını nəzərə alır və nəticə çıxarır. Əgər ciddi narahatlıq olarsa, matç təxirə salınır.
VAR sistemi ilə bağlı narahatlıqlara gəldikdə isə qeyd etmək istərdik ki, idman prinsiplərinin qorunması əsas tutularaq, hər mövsüm çempionatın son turlarında avrokuboklara yollanma və aşağı liqaya düşmə ehtimalı olan komandalar üçün həssaslıq nəzərə alınaraq, bütün oyunlar eyni gündə və eyni saatda start götürür. Bu zaman isə oyunların bəziləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanmır və VAR sistemi tətbiq olunmur. Bu hal bu mövsümün də sonunda yaşanacaq. “Şamaxı” və “Turan Tovuz” komandalarına bugünkü oyunda uğurlar arzu edirik”.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
"Borussiya"nın Bakıda oteldəki məşqindən maraqlı - Video
“Qalatasaray” müraciət etdi, UEFA-dan rədd cavabı aldı
"Yuventus"da itki
"Sarı divar"ı yaradanlar da Bakıdadır...
Ten Haq: “Qoy Kerrik öz işini görsün”
“Barselona” prezidentindən “Real”a sərt ittihamlar
Bugünkü oyunları yayımlayacaq kanallar
Bakıya ilk gələn Nikaraqua millisi oldu - Şəkillər
Ronaldo cəzasının yüngülləşdirilməsini istəyib
"Tottenhem"dən mövsümün ilk qələbəsi
“Qalatasaray” UEFA-ya müraciət edəcək
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi