“Ağır oyun olacağını əvvəldən bilirdik. Matçın gedişində 10 nəfərlə qaldıq. Buna baxmayaraq, sona qədər döyüşdük, vuruşduq. Uşaqların hamısına təşəkkür edirəm. Şükürlər olsun ki, qalib gəldik. Çox sevinirik”.
QOL.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, rəqibin matça fəal başlamasına belə münasibət bildirib: “Neftçi” həmişə ev oyunlarına aqressiv, aktiv başlayır. Belə olacağını gözləyirdik. “Neftçi” son vaxtlar yaxşı formadadır”.
T.Bayramov matçın gedişində heç-heçə ilə razılaşmadıqlarını vurğulayıb: “Sırf müdafiədə oturmamışdıq. Rəqibi orta zonada qarşılayırdıq. Bu, baş məşqçinin tapşırığı idi. Fürsətlərdən yararlanmağa çalışırdıq. Az epizodlarımız olmadı. Sadəcə sonluğu gətirə bilmirdik. Yekunda isə istəyimizə çatdıq və qalib gəldik”.
“Qarabağ”ın müdafiəçisi növbəti turda “Sabah”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Bizi növbəti çətin oyun gözləyir. Ciddi hazırlaşacağıq. Həmin matçda da meydana qələbə qazanmaq üçün çıxacağıq. Amma bu, heç də asan olmayacaq. Sona qədər mübarizə aparacağıq”.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu