“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın üç əsas futbolçusu ilə birdən-birə yollarını ayırmaq qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Mütəxəssis klubda genişmiqyaslı restrukturizasiya planlaşdırır. Qvardiola Kevin de Brüyne, Bernardo Silva və İlkay Gündoğanın satışlarının bu prosesi sürətləndirməyə kömək edəcəyinə inanır.
Hətta komandanın digər üzvü Fil Fodenin də gələcəyi sual altındadır. Onunla "Real" və "Bavariya" maraqlanır. 150 milyon avroluq təklif İngiltərə klubunu onunla vidalaşmağa vadar edə bilər.
Xatırladaq ki, Qvardiola bu yaxınlarda klubda davam edən böhrana baxmayaraq, "Mançester Siti" ilə müqaviləsini uzadıb. Hazırda onun komandası Premyer Liqada lider "Liverpul"dan 16 xal geri qalaraq 4-cü pillədə qərarlaşır.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"