Türkiyə milli komandasının və «Qalatasaray»ın ulduz futbolçularından olmuş Arif Ərdəm Qol.Az saytına eksklüziv müsahibə verib. Müsahibədə A.Ərdəm Azərbaycan futbolu, 2000-ci ildə Bakıda milli komandamıza qarşı keçirilən oyunda yaşanan qalmaqallı olaylar və digər məsələlər barədə fikirlərini bildirib.
- Hazırda nə ilə məşğul olursuz?
- «İstanbul Böyükşəhər Bələdiyyəsi»ndə məşqçi kimi fəaliyyət göstərirəm.
- Uzun illər «Qalatasaray»da forma geymisiz, indi rəqib kimi qarşılaşmaq sizin üçün çətinlik yaratmır?
- Mən «Qalatasaray»da futbolçu kimi fəaliyyət göstərmişəm İstanbul Böyükşəhər Bələdiyyəsi»ndə isə məşqçiyəm. Bəlkə də bu səbəbdən çətinliklə üzləşmirəm. Birdə ki, mən peşəkar olduğum üçün bu cür hallara fikir verməməliyəm.
- Yəqin ki, Türkiyədə çıxış edən azərbaycanlı futbolçular barədə xəbəriniz var. Gələcəkdə «İBB»yə də azəri futbolçular dəvət etməyi düşünürsüzmü?
- Əgər oyunun bəyəndiyimiz futbolçu olsa, məmuniyyətlə dəvət edərik. Dil və uyğunlaşma baxımından da problemləri olmayacaq. Sizin çempionatla da İnternet vasitəsilə maraqlanırıq. Bilirəm ki, orda türkiyəli məşqçi və futbolçular fəaliyyət göstərirlər. Onların Azərbaycan futbolunda uğur qazanacaqlarına inanıram. Suat Usta, Ahmet Dursun, eləcə də Halim Fıçıcı öz işlərində peşəkardılar.
- Dediniz ki, futbolumuzla maraqlanırsız. Ötən illərə nisbətən hansı dəiyişikliklər var?
- İnkişaf gözə çarpır. Amma bəzi boşluqlar hələ də qalmaqdadır. Bu, xüsusilə uşaq futbolundakı boşluqlardır. Ən əsası gənclərə xüsusi diqqət yetirmək, onların arasından istedadları üzə çıxarmaq lazımdır. Baxın, «Qalatasaray»a heyətinin yarıdan çoxu aşağı yaş qrupunda yetişən futbolçulardır. Bir də sizdə xüsusi futbol bazaları tikilməlidir. Türkiyədə də futbol birdən-birə inkişaf etmədi. Bir az səbr etmək lazımdır. Düşünürəm ki, sadaladıqlarım həyata keçirilsə, futbolunuz daha da inkişaf edəcək.
- Azərbaycanda işləmək təklifi gəlsə, qəbul edərsinizmi?
- İşsiz olsam, bunu məmnuniyyətlə qəbul edərəm. Mən məşqçiyəm və fəaliyyətimi istənilən yerdə davam etdirməyə hazıram. Həm də, axı, Azərbaycan bizə yad yer deyil.
- 2000-ci ildə keçirilən Azərbaycan - Türkiyə matçını yəqin ki xatırlayırsınız? O zaman bizim futbolçularla sizin aranızda dava düşmüşdü.
- Əlbəttə, o qarşılaşmanı yaxşı xatırlayıram. 1:0 hesabı ilə qalib gəldiyimiz matçda mənim ötürməmi Hakan Şükür qola çevirmişdi. Düzdü, o zaman azəri futbolçularla aramızda xoşagəlməz olay baş vermişdi. Amma matç bitəndən sonra biz dost kimi ayrıldıq.
- Bildiyimizə görə, o vaxt türkiyəli futbolçular bizim milli komandada rus əsilli oyunçuların oynamasını təəccüblə qarşılamışdılar.
- Həmin oyunda hər iki tərəf qalib gəlmək istəyirdi. Biz də, sizin milli də qol vurmağa çalışırdı. Matç çox ağır keçdi. O ki qaldı rusların sizin millidə forma geyməsinə, məncə, ölkənizi azərbaycanlı futbolçular daha çox təmsil etsə, yaxşı olar. Demirəm ki, ruslar pis oynayırlar. Amma elə futbolçu seçmək lazımdır ki, ölkənizdə ən azı 4-5 il futbol oynaya bilsin.
- Bülənt Qorxmazın «Qalatasaray»a uğur gətirəcəyinə inanırsınız?
- İnşallah, Bülənt «Qalatasaray»da uğur qazanar. O zaman Türkiyədə yerli məşqçilərin dəyəri artar. Bizim də yolumuz açılar. Bülənt uzun illər «Qalatasaray»da forma geyib. Komandaya yaxşı bələddir. İnanıram ki, «Qalatasaray»a əvvəlki ruhu qaytaracaq.
- Bu gün «Qalatasaray»ı Bordo ilə çətin matç gözləyir. Oyundan hansı nəticəni gözləyirsiniz?
- Oyun çətin keçəcək. Səfərdəki qolsuz bərabərlik bizimkilərin əleyhinədir. Amma həm azarkeş amili, həm də Büləntin komandaya gəlməsi «Qalatasaray»a kömək edəcək. Düşünürəm ki, «Qalatasaray» artıq indidən növbəti mərhələyə hazırlaşa bilər.
Kəmalə İSMAYILOVA
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”