"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibəsində Ağdam klubundan ayrılmağının səbəbindən danışıb.
QOL.az xəbər verir ki, Hazırda Moskva "Dinamo"sunun formasını geyinən 33 yaşlı qolkiper sport24.ru saytına müsahibəsində ötən yay "Qarabağ"dan yeni müqavilə üçün təklif aldığını, lakin oğluna görə Rusiyaya qayıtdığını deyib:
"Qarabağ" mənə qalmağı təklif etdi. Orada hər şeydən razı idim. Bakı əla şəhərdir, çox rahatdır. Mən məmnuniyyətlə qalardim, amma Moskvada oğlumun inkişafı üçün daha çox imkanlar var. Oğlumun bu il 5 yaşı tamam oldu. Məktəbə az qalıb, hazırlıqlar başlayır. Daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt gəlmişdi. Ona görə də doğulub boya-başa çatdığım Moskvaya qayıtdım".
Qapıçı 2023-cü ildə "Bayer"dən ayrıldıqdan sonra "Qarabağ"a gəlməyindən də söz açıb: "Qarabağ” öz çempionatında hegemondur və müntəzəm olaraq avrokuboklarda çıxış edir. Mənim üçün əsas olan bu idi".
O, həmin vaxt başqa klublardan da təkliflər gəldiyini, lakin "Qarabağ"ı seçdiyini deyib: "Türkiyə komandalarının yarısı mənimlə maraqlanırdı. Onların arasında ən prestijli klub yəqin ki, "Fatih Karagümrük" idi. Həmin vaxt Maqa Ozdoev orada oynayırdı. Ona görə də ümumilikdə keçidin əleyhinə deyildim. Amma əvvəlcə məşqçilər heyətinə dəyişikliklər oldu və Andrea Pirlo klubdan getdi. Və sonra məlum oldu ki, "Fatih Karagümrük" belimdəki zədədən narahatdır. Onlar mənə maaşsız müqavilə imzalamağı, yalnız oyunlara görə pul ödəməklərini təklif etdilər. Bu təklif məni qane etmədi. Kipr "Apollon"u variantı da var idi. Təlim-məşq toplanışında məni gözlədiklərini dedilər və mənə bilet alacaqlarına söz verdilər. Amma sonda yoxa çıxdılar. Həmin anda “Qarabağ” meydana çıxdı. “Rostov” da məni istəyirdi. Amma Vitali Kafanov Azərbaycan variantını biləndə mənə ora getməyi məsləhət gördü. Sonda qərarımdan peşman olmadım. Azərbaycanda mövsüm çox yaxşı keçdi".
Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə "Qarabağ"da oynayıb.
200-cü heç-heçə
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido
Dünya çempionatına vəsiqə qazandıran məşqçi göndərildi
Milliyə kimlər çağırıldı?
"Sabah" - "Şamaxı": Heyətlər
“Qarabağ”da 100-cü oyun
Son 4 mövsümün antirekordu
"İmişli" - "Sumqayıt": Heyətlər açıqlandı
Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı
Millinin baş məşqçisi “Qarabağ”ın legionerindən nə gözləyir?
Messi MLS-in ən yaxşı bombardiri oldu
Ağadadaş Salyanski: “Millidən dəvət gözləyirdim”
“Real” rəqiblərinə aman vermir
36-cı dəfə Argentina çempionu oldular
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir
"Mançester Siti" autsayderə uduzdu, "Arsenal"dan qələbə
La Liqada günün nəticələri
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video