Püşk atıldı, rəqiblərimiz bilindi

Püşk atıldı, rəqiblərimiz bilindi
ÖLKƏ FUTBOLU 6 Fevral 2025 / 12:35 2002
-  A +

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.


Son xəbərlər
05.02.25  13:30

"Bavariya"dan gedəcək

05.02.25  11:29

"Roma"dan "Benfika"ya