"Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi

"Araz-Naxçıvan" "Zirə"yə qalib gəldi
ÖLKƏ FUTBOLU 6 Fevral 2025 / 17:56 3651
-  A +

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matçdan 1-i keçirilib.

Əvvəlcə "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb. Görüş naxçıvanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu komandalar arasında cavab oyunu fevralın 28-də oynanılacaq.

Bu günün digər matçında isə "Qarabağ" "Səbail"in qonağı olacaq.

Qeyd edək ki, ötən gün "Sabah" "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib. "Neftçi" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

6 fevral (cümə axşamı) 

16:00. “Araz-Naxçıvan” – “Zirə” - 1:0 

Qol: Bernardo Diaş, 61 - pen. 

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev, Nicat İsmayıllı (VAR), Rəhman İmami (AVAR)

"Liv Bona Dea Arena"

18:30. “Səbail” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov, Rauf Allahverdiyev (VAR), Kamran Bayramov (AVAR)

"ASCO Arena"

5 fevral (çərşənbə)

“Sabah” – “Sumqayıt” - 0:0

“Kəpəz” – “Neftçi” - 0:2


Son xəbərlər