"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq.
- Jatoba haqda fikriniz necədir?
- Bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə zədəyə görə geri düşmüşdü. Hazırlaşır, güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək.
- Əyyub Allaşı "Şerif"dən necə gətirə bildiniz?
- Hər bir futbolçu komandaya yeni güc qatır. Əyyub da tanıdığımız, güvəndiyimiz futbolçudur. Sevindirici odur ki, o da təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq.
- Premyer Liqada komanda sayı 12-ə çatdırıldı və legioner limiti ləğv edildi. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu suala yenə cavab vermək istəmirəm. Qərarı verən verib. Bizim nəsə deməyimiz nəyisə dəyişməyəcək. Nəyə əsaslanıb qərar veriblər, maraq doğurur. Premyer Liqada məşqçilərin çoxu limitin götürülməsinə qarşı idi. Bizim fikri öyrənmək istəyirsinizsə, o fikir də heç nəyi dəyişməyəcəksə, qoy cavabı bizdə qalsın. (sportal.az)
"İnter"dən ayrılır
"Barselona"da oyundan öncə itki
Masazırda yaranan qol epizodları - Video
"İndi rəy bildirmək tezdir" - Vaqif Cavadov
"Məqsədimiz hər bir oyunda qalib gəlməkdir" - Berezutski
"Neftçi"nin "Kəpəz" üzərində qələbəsi - Video
“Qalatasaray” yeni transferi rəsmən açıqladı
Samir Abasovun qələbə şərhi
"Sabah" - "Sumqayıt": Heyətlər