Fonsekanın təyinatı açıqlandı

Fonsekanın təyinatı açıqlandı
DÜNYA FUTBOLU 31 Yanvar 2025 / 13:38 1179
-  A +

Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Komandanı Paulu Fonseka çalışdıracaq. Portuqaliyalı mütəxəssis bu vəzifədə Pyer Sajı əvəzləyib. Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Əvvəllər "Porto", "Şaxtyor", "Roma", Fransada "Lill" kimi klubları çalışdıran Fonseka ən son "Milan"ın baş məşqçisi olub. O, ötən il dekabrın 29-da istefaya göndərilib.

Qeyd edək ki, "Lion" Liqa 1-də 30 xalla 6-cı pillədə qərarlaşıb. Həmçinin, komanda Avropa Liqasında 15 xalla 6-cı olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner