"Barselona"nın polşalı hücumçusu Robert Levandovski gələcəyi haqqında danışıb.
QOL.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı təmsilçilərindən təkliflər gəlməsinə baxmayaraq, hələlik klubdan ayrılmaq fikrində olmadığını bildirib:
“Mənim artıq 37 yaşım var və bundan utanmıram. Mən olmaq istədiyim yerdəyəm və məqsədim yaşın sadəcə bir rəqəm olduğunu sübut etməkdir. Bir neçə il əvvəl qazandığım uğurları indi də qazana bilirəm.
Oynamağa davam etmək üçün böyük arzum var. Məşqlərdə, matçlarda üzümdə həmişə təbəssüm olur. Mən yarışmaq və yeni kuboklar qazanmaq istəyirəm.
"Barselona"da özümü əla hiss edirəm. Mən burada xoşbəxtəm və oynaya biləcəyim başqa klubları düşünmürəm”.
Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından Kataloniya təmsilçisinin formasını geyinir.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi