"Mançester Siti" futbolçusu Erlinq Haalandla yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda 24 yaşlı hücumçunun müqavilə imzaladığı vaxt çəkilən fotolar yer alıb. Sözləşmə 2034-cü ilin yayınadək nəzərdə tutulub.
Norveçli forvardın əvvəlki müqaviləsi isə 2027-ci ilin yayınadək idi.
Qeyd edək ki, "The Atletic" bu müqavilə ilə Haalandın klubda ən çox maaş alan futbolçu olacağını yazmışdı. Həmçinin bildirilib ki, bu, idman tarixinin ən böyük sözləşmələrindən biridir.
* * *
"Mançester Siti" futbolçusu Erlinq Haaland ilə müqaviləsini yeniləyib.
QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. "Şəhərlilər"lə 24 yaşlı forvard arasındakı müqavilə 2034-cü ilin yayına qədər uzadılıb. Beləliklə, norveçli hücumçu daha 9,5 il bu klubda çıxış edəcək.
Xəbərdə bildirilib ki, yeni müqavilədən əvvəllər qüvvədə olan bütün satın alma bəndləri çıxarılıb. Həmçinin Haalandın maaşı klubda ən yüksək maaş olacaq. Bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu qeyd edilib.
Əlavə edək ki, Erlinq bu mövsüm klubda bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 qolun ötürməsini verib. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.
3 həftəlik sıradan çıxdı
Dibala hamını qabaqladı
"Lion" futbolçusunu icarəyə verir
İbrahimoviç Ronaldonun sözlərinə reaksiya verdi
"Mançester Siti"nin növbəti transfer hədəfi
Stiven Cerrard Salahı öz komandasına transfer etmək istəyir
Neymar: "Gedəndə Messi mənə dedi ki..."
Kvaratsxeliya PSJ-də neçə nömrəli formanı geyinəcək?
"Şamaxı" Veremeyevin transferini rəsmən açıqladı
Mariana Vasileva vəzifəsindən azad olundu
"Arsenal" yeni razılığa hazırlaşır
"Mançester Yunayted"dən "Napoli"yə rədd cavabı
Neymara sürpriz təklif
Xviça PSJ üçün Parisə gedir
“Çelsi” futbolçusunu icarədən geri qaytardı
"Barselona" "Kamp Nou"dakı VİP yerləri satır
Rahil Məmmədov Polşada növbəti oyuna çıxdı