"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanın PSJ-yə keçidi tamamlanmaq üzrədir.
QOL.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu gün Parisə gedəcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xviça sabah səhər tibbi müayinədən keçəcək. Bildirilir ki, daha sonra PSJ futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq.
Daha əvvəl PSJ-nin bu keçid üçün "Napoli"yə 70 milyon avro ödəyəcəyi bildirilirdi.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində 19 oyuna çıxaraq 5 qol vurub və 3 qolun ötürməsini edib.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?