“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az-a müsahibəsi
-Bildiyimiz kimi, sizi qarşıda “Bakı” ilə çətin bir matç gözləyir. Bu, oyun haqda nə deyə bilərsən?
-Bir neçə tur öncə biz “Bakı” ilə səfərdə qarşılaşdıq. Oyunda hesab açılmadı və bu görüş həm də bizim üçün çox çətin keçdi. Nəticədə xal itkisi ilə üzləşdik. Əlbəttə ki, rəqib komanda bütünlüklə müdafiəyə çəkilərsə, bu oyunda nəticə qazanmaq çox çətin olur. Elə düşünmək olar ki, “Bakı”nın kubok oyunundan sonra futbolçuları yorğun olacaq. Lakin belə düşünmək bizim üçün təhlükəli olar.
Rəqibin heyətində yetərincə güclü futbolçular var. Düşünürəm ki, rəqib “Qarabağ”la oyunda maksimum güclə oynayaraq xal almağa çalışacaq. Biz də bu görüşə çox ciddi hazırlaşırıq və çalışacağıq ki, növbəti oyunda ikinci qələbəmizi qazanaq.
-“Qarabağ”ın heyyətində hər zaman ilk 11-likdə yer alırdın. Ancaq nədənsə “İnter”lə görüşdə meydana yalnız ikinci hissədə çıxdın. Bunu nə ilə əlaqələndirərdin?
-Heç bir səbəb yoxdur. Bütün dünyada belə bir şey var ki, futbolçu meydana daim əsas heyətdə çıxa bilməz..Görürsən ki, futbolçu beş oyun oynayır, 3 tur ehtiyatda qalır. Buna səbəb ya zədə, ya da hansısa bir taktiki gediş olur. Bunu da normal qarşılamaq lazımdır. Futbolda hər şey ola bilər. Heç bir futbolçu baş verəcəklərdən sığortalana bilməz.
-Son turlarda komandan qələbəyə həsrət idi. Üstəlik, xeyli vaxtdır ki qol vura bilmirsən. Bəlkə, bu amil əsas heyətdə yerini itirməyə səbəb olub?
-Yox. Elə bir səbəb görmürəm, yenə də deyirəm ola bilər məşqçinin taktiki gedişi idi. Hər şey ola bilər. Qol vurmamağımla bağlı suala gəldikdə isə, bu hər bir hücumçuda yaşana bilər. Bəzən elə olur ki, komandanın oyunu 3-4 tur yaxşı alınmır, sonradan isə güc toplayaraq nəticələri sıralamağa başlayır.
Xatırlayırsızsa, bir neçə tur öncə “Qarabağ” 9 oyunluq qələbə seriyasına imza atmışdı. Təbii ki, bu futboldur. İnanıram ki, qalan 4 turda da bu seriya təkrarlanar, inşallah mən də bu oyunlarda qol vuraraq fərqlənəcəm.
-Ümumiyyətlə baş məşqçi Qurban Qurbanovla münasibətlərin necədir? Aranızda heç bir münaqişə olmayıb?
-Heç bir vaxt ola bilməz, əsasən də mənim kimi gənc futbolçularla. Hər kəs bilir ki, Qurban müəllim necə məşqçidi. Ona görə də, belə bir məşqçi ilə aramızda heç zaman konflikt baş verə bilməz.
-Bildiyimizə görə, Qurban müəllim “İnter”lə oyundan sonra, mətbut konfransında bir neçə turdu sənin oyunundan narazı olduğunu söyləmişdi. Bəs bu haqda nə deyə bilərsən?
-Qurban Qurbanov komandanın baş məşqçisidir. Bu onun öz fikridi, yəqin ki, nəsə bir səbəb olduğunu düşünərək deyib. Ancaq aramızda başqa bir şey olmayıb.
-Bir çox kütləvi informasiya vasitələrində sənin fevral ayının ən yaxşı futbolçusu nominasiyasında qalib gəlməyin heç də bir mənalı qarşılanmayıb. Bu seçimdən narazı qalanlar olub. Sən necə düşünürsən?
-Fikrimcə, dekabr ayında seçim olarkən, artıq gec idi. Ondan sonra bizim bir neçə oyunumuz oldu ki, mən Lənkarandakı görüşdə, sonra “İnter”lə oyunda fərqlənmişdim.Ancaq bu nominasiya həmin oyunlardan əvvəl keçirilmişdi.
Mən belə düşünürəm ki, bu nominasiyaya həm dekabr, həm də fevral ayında keçirdiyim və vurduğum qollar sayəsində layiq görülmüşəm.Yəqin layiq olmuşam ki, bu mükafat mənə qismət olub.
-Bir peşakar futbolçu kimi, yaxşı bilirsən ki, komandanda əsas heyətə düşə bilməsən, millidəki yerini də itirə bilərsən. Bu səni qorxutmur ki?
-Bunu normal qarşılayıram. Əgər klubda oynaya bilməsən millinin də heyətində yerin olmayacaq. Gərək hər zaman oyunlarda stabil çıxış edəsən ki, milli komandanın da heyətindən kənar qalmayasan.
Ümumiyyətlə, hər zaman seçilməyi bacarmalısan və hər an formada olmalısan. Əlimdən gələni edəcəyəm ki, həm klubumun, həm də millinin əsas heyətində yer alım. Mən yaxşı anlayıram ki, öz üzərimdə yetərincə işləməsəm hər iki 11-likdə yerimi itirə bilərəm.
-Necə fikirləşirsən “Bakı” ilə oyunda əsas heyətdə da yer alacaqsan, yoxsa...?
-Vallah nə deyim, bu məşqçinin qərarı olacaq. Öncədən bir şey deyə bilmərəm. Hələ bu matça qədər 2 gün var. Ona görə də gözləmək lazımdır.
U-18 Qəbələdə toplanır
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı