Deşam millidən getməsi haqda

Deşam millidən getməsi haqda
XƏBƏR 8 Yanvar 2025 / 13:29 1646
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsindən ayrılacağı haqda yayılan məlumatlara münasibət bildirib.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis öz açıqlamasında bu məlumatları təsdiqləyib: 

“Mən indi elan vermək üçün burada deyiləm, amma 2026-cı ildə olacağam (gülümsəyir). 2012-ci ildən Fransa millisindəyəm. DÇ-2026-ya qədər planlarım var. Hər şey orada dayanacaq. Çünki nə vaxtsa dayanmalıdır. Qərarım qətidir. İstəklə, həvəslə Fransa yığmasını ən yüksək səviyyəyə çatdırmaq üçün xidmət etdim. Ancaq 2026-cı il vidalaşmaq üçün çox yaxşı vaxtdır. Ən əsası odur ki, Fransa komandası uzun illər olduğu yerdə zirvədə qalsın”.

Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib, 29 dəfə uduzub. 2018-ci ildə Fransa yığması Rusiyada keçirilən dünya çempionatının qalibi olub. Həmçinin Deşamın komandası DÇ-2022-də finaladək irəliləyib və burada penaltilər seriyasında Argentinaya yenilib.

Daha çox


Son xəbərlər