"Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya transferində problem yaranıb.
QOL.az xəbər verir ki, bu barədə müxtəlif xarici mənbələr məlumat yayıb.
Tanınmış insayder Fabritsio Romano sosial media hesabında bildirib:
“Klublar arasında şifahi razılığa və tibbi müayinənin planlaşdırılmasına baxmayaraq, Juninyonun "Sevilya"ya transferi ilə bağlı problemlər yaranıb.
“GonzaloTortosa”ya görə, müqavilə imzalanmaya bilər. “Flamenqo" futbolçuya daha yüksək maaş təklif edir”.
“Qarabağ” və “Sevilya”nın müqavilə şərtini pozduğu da iddia edilib.
İspaniyanın nüfuzlu “Marca” qəzetinin yazdığına görə isə Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb. Nəşr "Flamenqo" Juninyonu "Sevilya"dan oğurladı" başlıqlı xəbərində yazıb ki, Braziliya klubu futbolçuya ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir. Bu səbəbdən 28 yaşlı hücumçu fikrini dəyişməli olub.
Məlumata görə, “Flamenqo” Juninyonu Braziliyaya qayıtmağa inandıra bilib.
İspaniyanın başqa bir nəşri - “As” qəzeti yazıb ki, Juninyo “Sevilya”ya keçməyə razılıq versə də, son anda fikrindən daşınıb. Buna görə də klubu çətin vəziyyətə qoyub.
Qəzet bildirir ki, o, “Flamenqo”da oynamağa qərar verib.
Qeyd edək ki, bu transfer üçün Braziliya klubunun “Qarabağ”a 5 milyon avro təzminat ödəyəcəyi iddia edilir.
"İnter"ə qayıdır
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
“Şəfa”ya kubok nə zaman təqdim olunacaq?
Hakimin səhv qərar verdiyi təsdiqləndi - Şəkil
Afrika Millətlər Kuboku dörd ölkədə keçirilə bilər
"Xankəndi"ni çempion edən matçdan - Video
Dembele yenidən zədələndi
Türkiyə millisinin DÇ-2026 üçün - Genişləndirilmiş heyəti
Region Liqasının qalibi bəlli oldu
“Qarabağ” yeni transferi rəsmən elan etdi
2-ci liqa: "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
"Şəmkir"in kapitanı meydanı ambulansda tərk etdi
“Qalatasaray”la vidalaşdı
Kazemiro son matçında kövrəldi - Video
Xorvatiyanın DÇ-2026 üçün heyəti
Yamal dünya çempionatının ilk matçlarını buraxa bilər
“Zirə”dən başqa hər komanda öz yerini tutdu” - Şahin Diniyev
"Barselona" Fliklə müqaviləni uzatdı - Rəsmi
“Qarabağ”da bir çox futbolçu uğurdan doyub” - Müsahibə
Sergen Yalçın "Beşiktaş"dan getdi