“Toplanışa təzə başlamışıq. İndi daha çox fiziki məşqlər edirik. Çünki ilk dövrədə fiziki baxımdan böyük problemlərimiz var idi. Çalışırıq ki, bunun qarşısını alaq. İnşallah, mövsümün ikinci yarısında fiziki baxımdan yaxşı olarıq. Oyunumuz daha yaxşı alınacaq”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, komandasının təlim-məşq toplanışı, özünün hazırkı forması haqqında danışıb.
32 yaşlı yarımmüdafiəçi zədədən qayıtmasından söz açıb: “Zədədən sonra bərpa prosesi bir az uzun çəkdi. Çünki mən elə bilirdim ki, 1-2 həftədən sonra komanda ilə məşqlərə başlayacağam. Amma bir az problemlər üzə çıxdı. Həm məşqlər, həm də oyunlar üçün çox darıxmışam. Çalışacağam ki, formamı tez bərpa edim və komandama kömək edim”.
E.Mahmudov Misli Premyer Liqasının 19-cu turunda "Sabah"a qarşı keçirəcəkləri matç barədə fikirlərini də bölüşüb: “Sabah”la oyunumuza 2 həftə qalıb. Fiziki və taktiki baxımdan hazır olmaq üçün çalışırıq. Mövsümün 2-ci hissəsini daha yaxşı keçirməliyik. Çünki Azərbaycan kubokunda da oyunlarımız var. Ümid edirəm ki, yaxşı nəticələr qazanacağıq”.
Qeyd edək ki, E.Mahmudov cari mövsüm Misli Premyer Liqasında 10 oyuna çıxıb və 2 qolun ötürməsini verib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu