"Beşiktaş" Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Tvente"yə (Niderland) qarşı səfər matçının yerinin dəyişdirilməsi ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandalar arasındakı görüşün yanvarın 30-da, Enshede şəhərindəki "De Qrolsh Veste" stadionunda keçirilməsinə və oyuna "Beşiktaş" azarkeşlərinin buraxılmamasına qərar verilmişdi.
İstanbul təmsilçisi isə bu qərarla razılaşmayıb. Klubun vitse-prezidentləri Onur Göçmez və Mete Vardar qərarı verən Enshede Bələdiyyəsinin rəhbəri Rulof Blekerlə görüşüblər. Lakin "Beşiktaş"ın azarkeşlərinin oyuna buraxılmaması qərarı dəyişdirilməyib. Buna səbəb kimi "Beşiktaş" azarkeşlərinin əvvəlki avrokubok matçlarındakı davranışları göstərilib.
Ona görə də "Beşiktaş" UEFA-ya müraciət ünvanlayıb və "Tvente" ilə oyunu Enshede şəhərində keçirmək istəmədiklərini bildirib. Klub Avropanın ali futbol qurumundan görüşün hər iki komandanın azarkeşlərinin təhlükəsiz bir şəkildə tribunalarda yer ala biləcəyi bir şəhərdə və ya ölkədə keçirilməsini istəyib: "Tvente" ilə oyunu təhlükəsizliyi təmin edə bilməyəcəyini şəxsən etiraf edən Rulef Blekerin bələdiyyə rəhbəri olduğu Enshede şəhərində keçirmək istəmirik. "Beşiktaş" klubu olaraq "Tvente" ilə matçın hər iki tərəfin azarkeşlərinin dostluq və təhlükəsizlik şəraitində tribunalarda yer ala biləcəyi şəhər və ya ölkədə təşkil edilməsi üçün UEFA-ya müraciət etdiyimizi ictimaiyyətə açıqlayırıq".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır