«Qarabağ»ın və milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- «Qarabağ» dünən Premyer Liqada «İnter»ə qalib gəldi. Amma çoxları elə düşünür ki, artıq komandanız üçün çempionluq əldən gedib.
- Dünən biz çox lazim olan üç xalı qazandıq. Həm bizdən aşağı pillədə olan komandalardan bir az da yuxarı çıxdıq, həm də «Xəzər Lənkəran» və «Neftçi»ni bizi daha da qabaqlamağa qoymadıq. Çempionluğa gəlincə, bəli, haradasa şanslarımız çuzidi, amma yenə ümid var. İnşallah, bundan sonra nə qədər xal qazanacağımızı bir Allah bilir. Bu, futboldu, bilmək olmaz, 10-15 xal geridə olursan, amma gorürsən, elə də olur ki, gəlib, xalları bərabərləşdirirsən.
- «Qarabağ» dalbadal doqquz oyunda qələbə qazanıb rekord vurmuşdu, sonra ardıcıl üç oyunda mühüm xallar itirdi. Səncə, niyə?
- Yenə deyirəm, futbolda şər şey olur. Məsələn, bizim kimi doqquz oyunda qələbə qazanırsan, amma sonra üç oyunda xal itirirsən. Yenə də şükür ki, üç oyunda iki xal götürə bildik. Həmin matçlarda yaxşı oynasaq da, yaxaladığımız fürsətlərdən istifadə edə bilmədik. Bu da nəticəyə təsir etdi.
- Hazırda çempionluğa ən şanslı namizəd «Neftçi» göstərilir. Səncə, bu komanda həqiqətən də çempionluğa layiqdi? Çünki «Neftçi» ətrafında müəyyən söhbətlər gəzir.
- Vallah, mən bu söhbətlərə fikir vermirəm. Açığı, «Neftçi» həmişə nəticəyə oynayır və istədiyinə də nail olur. Bəli, çempionluba əsas namizəd «Neftçi»di. Onları indidən böyük məmnuniyyətlə çempionluq münasibətilə təbrik etmək olar.
- Gəl, yenə dünən «İnter»lə oyununuza qayıdaq. Sən bir qol vursan da, hakim onu qeydə almadı.
- Oyun zamanı elə düşündüm ki, ofsaytdayam. Amma az əvvəl Qol.Az saytındakı kadra baxdım. Orada açıq-aydın görünür ki, qol epizodunda oyundankənar vəziyyət olmayıb. Lakin indi olanları unutmuşam. İnşallah, qabağa baxmaq lazımdı. Əsas komandanın qələbəsi idi ki, buna da nail olduq.
- Oyunun gedişatında komanda yoldaşın Namiq Yusifovla mubahisə etdin. Həmin epiziodda nə baş vermişdi?
- Heç nə olmamışdı, sadəcə, Namiqə dedim ki, ötürməni ayağıma versin.
- Uzun müddətdən sonra yenidən «Qarabağ»ın əsas heyətindəsən. Hazırkı oyunun səni qane edir?
- Sağ olsun, Qurban müəllim, mənə inanıb əsas heyətdə yer verir. Formama gəlincə, haradasa 80 faiz hazıram, amma inşallah, inanıram ki, tezliklə əvvəlki formamı qaytaracağam
- Dünən Vüqar Nadirovun və sənin qol vurmaq üçün şansın oldu, amma istifadə edə bilmədin. Son anda sizə nə çatmadı?
- Vüqarı bilmirəm, mən ozumdən danişacağam. Çoxdandı futboldan kənar qalmağım mənə biraz problem yaradır. Amma hər şeyin tezliklə düzələcəyinə inanıram.
- Ümumiyyətlə, Vüqarla tandemin yaxşı alınır, yoxsa Rauf Əliyevlə?
- Hər ikisi ilə. Onların hər birinin fərqli özəllikləri var.
- Bugünlərdə milli komandayla birgə Almaniyada tibbi testdən keçdiniz. Testin səninlə bağlı nəticəsi necə oldu?
- Hələ cavablar bilinmir. Amma məncə, yaxşı oldu.
- Yeri gəlmişkən, bu gün mətbuatda belə bir məlumat yayılıb ki, guya Qurban Qurbanov «Qarabağ»ın oyunçularına milli barədə danışmağı qadağan edib. Bu, doğru xəbərdir?
- Bunu məndən yox, Qurban Qurbanovdan soruşun. Çünki mənim belə bir şeydən
xəbərim yoxdur.
- Şəxsən, Qurban Qurbanov sənə bu haqda nəsə deyib?
- Vallah, mənə heç nə deməyib və inanmıram ki, bu haqda nəsə deyə.
- Onda belə çıxır ki, şəxsən sən özün bu dəqiqə milli haqda danişmağa hazırsan?
- Bəli, danışaram.
- Gəl, o zaman, bunu soruşaq. Uzun muddətdən sonra millyə çağırıldın. Foqtsun hazırkı durumunla bağlı səninlə söhbəti oldu?
- Söhbəti oldu deyəndə ki… Sağ olsun Foqtsu ki, mənə kömək olub. Tibbi test də verdim. Bundan sonra qalır çıxıb milli komandaya kömək etmək.
- Hazırkı durumun millinin əsas heyətində oynamağa imkan verir?
- Almaniyadakı hazırlığa əsasən deyə bilərəm ki, bəli. Amma əsas baş məşqçinin şans verməsidir. Əgər mənə etimad göstərsə, öz oyunumu gostərəcəyəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi