Nazim Süleymanov: "Bu mövsüm ilk dəfə böyük hesabla məğlub olduq"

Nazim Süleymanov: "Bu mövsüm ilk dəfə böyük hesabla məğlub olduq"
ÖLKƏ FUTBOLU 23 Aprel 2011 / 23:53 2600
-  A +

“Stadiondakı atmosferi qeyd etmək istərdim. Belə stadionda, belə azarkeş dəstəyi altında yaxşı futbol göstərməmək günahdır". Qol.Az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Nazim Suleymanov “Xəzər Lənkəran”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, "Xəzər Lənkəran"ı qələbə münasibətilə təbrik edib. Süleymanov bildirib ki, AZAL yol verdiyi kodub səhvlər nəticəsində qollar buraxıb: "Bu mövsüm ilk dəfə böyük hesabla məğlub olduq. Bir çox səhvlər buraxdıq. Oyunu analiz edib səhvlərimizi görməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər