"Qalatasaray"ın zədəli futbolçusu Mauro İkardinin əməliyyat olunacağı yer və tarix müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə klubun həkimi Yener İnce danışıb.
O, 31 yaşlı hücumçunun Argentinada əməliyyat olunacağını söyləyib:
"İkardinin hazırda Argentinada olduğunu bilirsiniz. Qarşıdakı bərpa prosesində hər hansı bir axsaqlıq yaşamamağı üçün onun Argentinada əməliyyat olunmasına qərar verdik. Əməliyyat qarşıdan gələn bazarertəsi günü gerçəkləşəcək. "Qalatasaray" əlindəki imkanlarla ən yaxşısını etməyə çalışır. İkardiyə demişdik ki, əməliyyatı dünyanın harasında istəsə, orada təşkil edə bilərik. Bərpa prosesini də Argentinada keçirəcək".
Qeyd edək ki, İkardi Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"lə keçirilən oyunda zədələnib. MRT müayinəsindən sonra futbolçuda sağ dizinin ön çarpaz bağının qopması aşkarlanıb. O, mövsümün qalan hissəsində yaşıl meydanlara çıxa bilməyəcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”