“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hazırkı durumu barədə danışıb.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, o, "qırmızı şeytanlar"ın bir müddət çətinliklərlə üzləşəcəyini deyib:
“Bilirəm ki, bu, azarkeşləri məyus edir. Lakin biz indi çox şeyi dəyişirik. Uzun müddət əziyyət çəkəcəyik və matçlarda qalib gəlməyə çalışacağıq. Amma bu, vaxt aparacaq. İndi hər şeyə diqqətlə yanaşmalı və praqmatik olmalıyıq".
Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 1-də 39 yaşlı Amorimin baş məşqçi təyin olunduğunu açıqlayıb. Mütəxəssisin rəhbərliyi altında ilk oyunda “Mançester Yunayted” “İpsviç Taun”la heç-heçə edib (1:1).
“Mançester Yunayted” 16 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir. Dekabrın 1-də baş tutacaq növbəti turda komanda doğma meydanda “Everton”la qarşılaşacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına
Azərbaycan – Latviya oyununun hakimləri açıqlandı
Oyuna çıxmayan "Mingəçevir"ə texniki məğlubiyyət verildi