Azərbaycandan Moldova millisinə çağırılanlara şans verilmədi

Azərbaycandan Moldova millisinə çağırılanlara şans verilmədi
XƏBƏR 17 Noyabr 2024 / 13:00 1822
-  A +

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi və "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın üzvü olduğu Moldova millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə Andorra ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

Marandiçi və Avram bu oyunda şans qazanmayıb. Onlar sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, Moldova millisi D Liqasında 2-ci qrupda 9 xalla liderdir.

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner